Icma.az
close
up
RU
Dünyanın ən zəngin ailəsi 470 milyard dollarlıq sərvət

Dünyanın ən zəngin ailəsi 470 milyard dollarlıq sərvət

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyanın ən zəngin ailəsi olan Voltonlar 470 milyard dollarlıq sərvətə və dünyanın ən nüfuzlu idman komandalarına sahibdirlər.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir. 

İlon Mask dünyanın ən zəngin insanı sayılsa da, onun övladları hələlik futbol klublarını idarə etmir. Lakin nəsillər boyu toplanan sərvətə baxdıqda, Walmart imperiyasının varisləri olan Volton sülaləsi bu sahədə mütləq liderdir. Xüsusilə onların idman maqnatı Stenli Krenke ailəsi ilə qohumluq əlaqəsi bu gücü daha da artırır.

Volton ailəsinin 449,8 milyard dollarlıq sərvəti və Krenkenin 21,3 milyard dollarlıq var-dövləti birləşəndə ortaya təxminən 470,1 milyard dollarlıq bir ittifaq çıxır. Bu, dünyanın əksər ölkələrinin ÜDM-dən daha çoxdur.

Walmart imperiyasının başlanğıcı

1962-ci ildə qardaşlar Sem və Bad Volton ABŞ-ın Arkanzas ştatında ilk Walmart mağazasını açaraq, alıcılara ən aşağı qiymətlərlə alış-veriş imkanı yaratmağı hədəflədilər. Bu gün Walmart 10 mindən çox mağazası ilə qlobal pərakəndə ticarət nəhənginə çevrilib.

Ailənin təvazökar, amma təsirli varlılığı

İnanılmaz sərvətlərinə baxmayaraq, Voltonlar çox təvazökardırlar. Onlar bəziləri kimi sərvətlərini nümayiş etdirmir, amma atdıqları addımlar onların gücünü göstərir. 2022-ci ildə ailə “Denver Broncos” komandasını rekord səviyyədə, 4,7 milyard dollara satın aldı. Hazırda Sem Voltonun nəvəsi Qreq Penner klubun baş direktoru kimi fəaliyyət göstərir.

İdman imperiyasının genişlənməsi

Stenli Krenke Volton ailəsinin üzvü Enn Voltonla evlidir və bu ailə ittifaqı onu dünyanın ən güclü idman biznesçilərindən birinə çevirib. Krenkeye məxsus idman komandaları arasında:
İngiltərə Premyer Liqasının “Arsenal” klubu, NFL liqasından “Los Angeles Rams”, NBA-nın “Denver Nuggets”, NHL-in “Colorado Avalanche”, və lakros üzrə “Colorado Mammoth” komandaları var.

Ailənin sərvət bölgüsü (Forbes məlumatına əsasən)

Rob Volton və ailəsi – 123,8 mlrd, Cim Volton və ailəsi – 121,2 mlrd, Elis Volton – 112,5 mlrd Lukas Volton – 41,8 mlrd Kristi Volton – 20,7 mlrd Nensi Volton Louri – 16,6 mlrd, Enn Volton Krenke – 13,2 mlrd, Stenli Krenke isə 21,3 mlrd. dollara malikdir. 

Beləliklə, səkkiz nəfərdən ibarət Volton ailəsi Forbes-in real vaxt rejimindəki milyarderlər siyahısında yer alır.

Walmart ailəyə dünya miqyasında tanınma qazandırsa da, indi onlar sərvətlərini daha da müxtəlifləşdirir və xüsusilə idman və investisiya sahələrində təsirlərini gücləndirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:333
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Oktyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri