Icma.az
close
up
RU
Dünyanın ən zərərli asılılığı: Narkotik və spirtli içkidən daha təhlükəli Yeni Sabah

Dünyanın ən zərərli asılılığı: Narkotik və spirtli içkidən daha təhlükəli Yeni Sabah

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qumar pul ya da maddi dəyəri olan hansısa bir şeyin orta qoyulması ilə oynanılan, qarşılığında isə tərəflərdən biri və ya bir neçəsinin maddi gəlir qazandığı oyunlara verilən ümumi addır. 

Onu hobbi adlandıranlar da var, əyləncə, istirahət, məşğuliyyət növü hesab edənlər də, xəstəlik sayanlar da. Qumarı başqa sözlə “azart” oyun adlandırılır. Bu oyunun iştirakçıları öz pullarını artırmaq üçün risk edirlər. Əksər hallarda uduzub-uduzmamaq iştirakçıların öz əllərində deyil. Uduzandan sonra udmaq ümidiylə yenidən oynamaq istəyi özünü daha qabarıq formada büruzə verir. Amma bəxt həmişə adamın üzünə gülmür. Qumar müxtəlif məkanlarda müxtəlif cür oynanılır. Totalizatorlar, kazinolar, bukmeker kontorları, qumarxanalar belə məkanlara misal ola bilər.

Qumar oynamaq İslam da daxil olmaqla bütün dinlərdə “şeytan əməli” hesab edildiyindən haram buyurulub. Dini baxımdan, şeytan qumar vasitəsilə insanlar arasında ədavət, kin və düşmənçilik salır. Bu neqativ situasiyalar bəzən oyun iştirakçılarından kiminsə öldürülməsi ilə nəticələnə bilir. Bir çox hallarda isə qumarda bütün var-yoxunu uduzanlar müflisləşməyə dözə bilməyib intihara əl atmağa məcbur olurlar ki, bu da dinə zidd əməl sayılır. Qumar evləri, ailələri dağıdır, varlıları zəlil, kasıb, hətta dilənçi edir, oyun iştirakçılarını borca salır. Qumar yolu ilə qazanılan pul-para haram gəlir hesab edilir. Ümumiyyətlə, İslam dinində bu haram oyunu oynayanların öz həyatlarınıı qumar masası arxasında itirdikləri göstərilir.

Ümumiyyətlə, qumar oyunlarının tarixi xeyli qədim zamanlara gedib çıxır. Şərqdə aşıq-aşıq oynamaq, it boğuşdurmaq, xoruz döyüşdürmək, qərbdə zər atmaq kimi oyunlar əslində elə məhz qumar tipli oyunlar olub. Dindarların «şeytan çarxı» adlandırdıqları «ruletka»nın tarixi isə 1655-ci ildən başlayır. Bu gün dünyada at yarışları, futbol, əlbəyaxa döyüş növlərinə “stavka” etmək aludəçiliyi geniş miqyas alıb.

Hazırda ingilislər dünyada ən həris mərc edən, amerikalılar isə qumar biznesindən ən çox gəlir götürən millətdir. İngiltərədə futbol oyunlarına pul qoymaq xəstəliyə çevrilib. Təkcə Londonda 300-dən çox bukmeker kontorları fəaliyyət göstərir. Bukmeker kontorları oyunlara yatırılan məbləğdən öz faizini götürür, bir hissə vergiyə çıxılır, qalan məbləğ oyunların düzgün proqnozunu vermiş bir və ya bir neçə qalibə çatır. Bukmekerlə oynayanlar qoyduqları pulun onlara nə qədər xeyir gətirəcəklərini əvvəlcədən bilirlər.

Sonda isə yazılmamış, amma hər zaman öz əksini tapan 1 qanun var: bir gün udan, mütləq o biri gün uduzacaqdır...

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Noyabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri