Icma.az
close
up
RU
Dünyanın gözü Vaşinqtonda: Sülh Quşu Tramp səhnədə Müharibələr bitir? ŞƏRH

Dünyanın gözü Vaşinqtonda: Sülh Quşu Tramp səhnədə Müharibələr bitir? ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp son aylarda qlobal diplomatiyada aktiv rol alaraq özünü sülh vasitəçisi kimi ön plana çıxarır. Müxtəlif regionlarda münaqişələrin həlli üçün təşəbbüslərlə çıxış edən Tramp, bu dəfə diqqətini Cənubi Qafqaza yönəldib. Bu gün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş də məhz bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir.

Eyni zamanda, Trampın yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə də birbaşa görüş keçirməyi planlaşdırdığı bildirilir.

Maraqlıdır görəsən, Trampın sülh səyləri nəticə verəcəkmi? Münaqişələr həqiqətən bitə bilərmi? Turkustan.az olaraq bu suallarımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında sülhün əldə olunması üçün ciddi səylər göstərir. O, əvvəlcə bu prosesə 100 gün vaxt verdi, daha sonra bu müddəti 60 günə, sonra isə 50 və 10 günə endirdi. Artıq sonuncu müddət də başa çatıb. Vaxt bitməzdən əvvəl Trampın xüsusi nümayəndəsi Vitkof Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfər etdi və burada Putin öz təkliflərini irəli sürdü. Düşünürəm ki, bu təkliflərin içərisində müəyyən detallar mövcuddur.

Lakin sülh müqaviləsinin imzalanması məsələsində Trampın bir şərti var – əvvəlcə Putin Ukrayna Prezidenti Zelenski ilə görüşməlidir. Trampın diqqəti hazırda daha çox Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına yönəlib. Bu istiqamətdə o, hələ bu ilin mart ayından hazırlıqlara başlayıb.

Donald Tramp daha öncə Pakistan ilə Hindistan arasında atəşkəsin əldə olunmasının təşəbbüskarı kimi çıxış edib və bu nailiyyətləri öz siyasi iradəsi ilə əlaqələndirir. İndi isə onun əsas məqsədlərindən biri də Cənubi Qafqazda – konkret olaraq Azərbaycan və Ermənistan arasında sülhə nail olmaqdır.

Mən düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülhə yaxın bir prosesin başlanmasında Trampın rolu olacaq. Əgər proseslər müsbət istiqamətdə davam edərsə, o, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına da nail ola bilər. Lakin hazırkı mərhələdə tam və yekun sülh müqaviləsindən deyil, sülhə yaxın bir “Memorandum”un imzalanmasından söhbət gedə bilər. Bu sənəd çərçivəsində sülh mətni paraflana bilər.

Eyni zamanda Zəngəzur dəhlizinin açılması, Azərbaycanla Ermənistan arasında siyasi proseslərin formalaşması və digər məsələlər də bu sənəddə yer ala bilər. Tramp bu istiqamətdə də səylərini davam etdirir və düşünürəm ki, Azərbaycan-Ermənistan münasibətlərində istədiyinə nail ola bilər.

Ukrayna məsələsinə gəldikdə isə, bu məsələ daha mürəkkəb və mübahisəlidir. Əgər Rusiya beynəlxalq təzyiqlərə davam gətirə bilməzsə, Tramp bu istiqamətdə də sülhə nail ola bilər.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Avqust 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri