Icma.az
close
up
RU
Dünyanın gözü yenidən TÜRKİYƏDƏ

Dünyanın gözü yenidən TÜRKİYƏDƏ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Türkiyə bu gün yenidən Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi edəcək.

Modern.az-ın məlumatına görə, görüş İstanbulda yerləşən Çırağan sarayında baş tutacaq.

2022-ci ilin fevral ayında başlayan müharibənin ilk dövrlərində həm Antalya, həm də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərini bir araya gətirən Ankara 2025-ci ilin mayında tərəfləri üç ildən sonra bir daha danışıqlara cəlb etməyi bacarıb.

3 ildən sonra növbəti görüş mayın 16-da İstanbulda yerləşən Dolmabağça sarayında keçirilib.

Danışıqların ikinci mərhələsi bu gün saat 13:00-da Çırağan sarayında baş tutacaq.

Tərəflər ilkin danışıqlarda “1000 məhbus – 1000 məhbus” prinsipi ilə əsir mübadiləsinə razılıq veriblər. Razılaşma 25 mayda həyata keçirilib. Danışıqlarda həmçinin mümkün atəşkəs şərtləri də müzakirə olunub və prosesin davam etdirilməsi barədə razılıq əldə olunub.

Türkiyə xarici işlər naziri Hakan Fidan münaqişənin həlli istiqamətində diplomatik təmaslarını davam etdirir. O, 26–27 may tarixlərində Moskvada Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb. Fidan İstanbulun danışıqlar üçün seçilməsini “ortaq sabitlik niyyətinin göstəricisi” adlandırıb.

Lavrov da Türkiyənin vasitəçiliyinə yüksək qiymətləndirib və Rusiya tərəfinin danışıqların növbəti raundunu 2 iyunda İstanbulda keçirməyi təklif etdiyini açıqlayıb.

Nazir Fidan Moskvadan sonra Kiyevə səfər edib və burada Ukrayna Prezidenti Volodimir Zelenski və digər yüksək rütbəli rəsmilərlə görüşlər keçirib. Zelenski İstanbulda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rüstem Umerovun rəhbərlik edəcəyini bildirib.

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyacağına dair fikirlərini davam etdirir. Mayın 19-da Putinlə telefon danışığında Tramp danışıqların tezliklə başlanacağına dair optimist olduğunu bildirib.

Lakin Tramp son açıqlamalarında Rusiyanın “yavaş hərəkət etdiyini”, Putin isə “tamamilə nəzarətdən çıxdığını” deyib. Ağ Evdən edilən açıqlamada isə ABŞ-ın İstanbul danışıqlarını dəstəklədiyi və görüşün baş tutacağına inandığı bildirilib. Lakin ABŞ tərəfinin bu görüşlərə nümayəndə göndərib-göndərməyəcəyi hələlik məlum deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri