Icma.az
close
up
RU
Dünyanın idarəsində pay bölgüsü: ABŞ təkbaşına hegomonluq edə bilməyəcəyini anlayır

Dünyanın idarəsində pay bölgüsü: ABŞ təkbaşına hegomonluq edə bilməyəcəyini anlayır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə Ankaradan Ukrayna və Qafqazda sülhə dəstək verməyi xahiş edib. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.

Onun sözlərinə görə, diplomatlar əsas təhlükəsizlik və ticarət məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər:

"Dövlət katibi Türkiyədən Ukraynada və Cənubi Qafqazda sülhü dəstəkləməyi xahiş edib".

Politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, Amerika Birləşmiş Ştatları hegemon dövlət olaraq bütün dünyanın qayğılı məqamlarını üzərinə götürüb:


“Tramp və onun yaxın ətrafı problemli regionlarla bağlı öz münasibətlərini bildirirlər. Amma Trampın səsləndirdiyi çağrışlar Amerikanın fəaliyyətləri ilə çox vaxt uzlaşmır. Amerika kimi dövlətlər və Avropa İttifaqının aparıcı qüvvələri düşünürlər ki, onlar olmadan başqa güc mərkəzləri problemləri həll etmək iqtidarında deyil. Lakin bu onların düşündüyü kimi baş tutmur. Məsələn, Azərbaycan öz gücü hesabına torpaqları işğaldan azad etdi. Halbuki bütün dünya Qarabağ problemində silah-sursat işlətmənin faydası olmayacağını deyirdi. Bu proseslərdə Qərbin riyakar yanaşmasının şahidi olurduq. Türkiyə isə üzərinə düşən məsələləri icra edir və Azərbaycana siyasi, mənəvi dəstək göstərdi. Eyni zamanda Ermənistanın işğalçı və aqressiv  siyasətini məhkum etdi. İndi isə Türkiyə Ukraynanın ərazi bütövlüyünü önəmli məsələ olaraq ortaya qoyur. Yəni dünyanın idarə olunmasında pay bölgüsü olmalıdır, burada hegemonluq etmək düzgün yanaşma sayılmır”. 


Ekspert qeyd edib ki, diplomatiya sahəsində belə bir fikir var "söz danışıqlardan keçir":

“Amerika belə məsələləri vacib sayırsa, onların özlərinin iştirakı da konstruktiv məcrəda olmalıdır. Amma Qarabağ məsələsində Amerika, Fransa, Rusiya şər qüvvənin tərəfindəydilər və Azərbaycanın istəklərinin yerinə yetrilməsinə imkan vermirdilər. Hətta Ermənistanın işğalçılıq siyasəti aparmasına qarşı da səslərini çıxarmadılar. Azərbaycanın heç bir probleminə hansısa dövlət və yaxud beynəlxalq təşkilat dəstək göstərmədi. Lakin Ermənistana altdan-altdan köməklik edərək işğalçılıq siyasətinə rəvac verirdilər. Amerika diplomatiya sahəsində Cənubi Qafqazla bağlı dedikləri sözləri əməldə təsdiqləməlidirlər. Eyni zamanda sözügedən prosesə dəstək göstərənlərə əngəl törətməməlidirlər. Dünya düzəninin obyektiv əsaslarla qurulmasını istəyirlərsə, düzgün mövqedə olanlara problem törətməməlidirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Mart 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri