Dünyanın iki məşhur avtomobil şirkəti BİRLƏŞİR
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaponiyanın “Honda Motor” və “Nissan Motor” şirkətləri Çin avtomobil istehsalçılarının artan rəqabəti və elektriklə işləyən avtomobillərə gözləniləndən daha aşağı istehlak tələbi səbəbindən birləşmək üçün ilkin danışıqlara başlayıb.
Modern.az xəbər verir ki, “Financial Times” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, hər iki şirkət “onlara daha yaxşı rəqabət aparmağa imkan verəcək kombinasiyanı araşdırır”. Planın baş tutacağı təqdirdə qlobal avtomobil sənayesində 52 milyard dollarlıq sərvəti olan nəhəng avtomobil istehsalçısı ortaya çıxacaq. ABŞ-ın “Tesla” və Çinin BYD şirkətləri ilə rəqabət aparmaq üçün böyük investisiyalar cəlb edəcək bu şirkət “Toyota” və “Volkswagen” konsernlərindən sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olacaq.
Ötən ilin eyni dövrü ilə müqayisədə satış həcmini 40 faiz artıran Çinin aparıcı avtomobil istehsalçısı BYD 2024-cü ilin ikinci rübündə qlobal satış həcminə görə “Honda” və “Nissan” şirkətlərini qabaqlayaraq dünya bazarında yeddinci yeri tutub.
Birləşmə, həmçinin “Nissan” avtomobil istehsalçısının təxminən 27 faiz paya sahib olduğu “Mitsubishi Motors” şirkətinə təsir edəcək və o, genişlənmiş kompaniyanın bir hissəsinə çevrilə bilər. Hər üç şirkətin ildə təxminən 8 milyon avtomobil istehsal edəcək səviyyəyə çatacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 18 Dekabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















