Dünyanın ikinci ən varlı adamı toyuna cəmi 200 nəfər dəvət edib
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
Venesiya meri Luici Bruqnaro təsdiqləyib ki, Ceff Bezos və Lauren Sançezin toy mərasimi bu yay Venesiyada keçiriləcək.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayımlayıb. Mer həmçinin bildirib ki, toya cəmi 200 nəfər dəvət olunub.
Toyun iyun ayında baş tutacağı gözlənilir. Toyda İvanka Tramp, Qeyl Kinq, Kim Kardaşyan, Kris Cenner, Keti Perri, Eva Lonqoriya və Opra Uinfri də daxil olmaqla bütün biznes, media və əyləncə ulduzlarının iştirak edəcəyi gözlənilir.
CeffBezosun 355 milyard dollarlı xalis sərvəti ilə dünyanın ikinci ən varlı adamı olduğunu nəzərə alan media nümayəndələri toya olduqca az sayda qonaq dəvət olunmasından təəcccübləniblər.
Toy planlayıcısı tədbir üçün lüks otel otaqları və su taksilərinin ayrıldığını da bildirib.
Xatırladaq ki, Bezos məşhur Amazon şirkətinin sahibidir.
Elcan
Missiya.Az
Baxış sayı:138
Bu xəbər 01 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















