Dünyanın ilk taxta peyki kosmosa çıxdı Bu ağacdan hazırlanıb
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
Dünyanın ilk taxta peyki "LingoSat" Yer orbitinə uğurla daxil olub.
Publika.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
"LignoSat" aparatı yan hündürlüyü 10 santimetr olan bir kubdur. O, əvvəllər Beynəlxalq Kosmik Stansiyada (ISS) bir il davam edən sınaqlar zamanı çatlamağa ən davamlı olduğu sübut edilmiş maqnoliya ağacından hazırlanıb.
Cihaz Kioto Universiteti və "Sumimoto Forestery" şirkətinin yapon mütəxəssisləri tərəfindən yaradılıb. Tərtibatçıların fikrincə, "SpaceX" raketində "LignoSat"ın buraxılışı yaxşı alınıb.
Qeyd edilib ki, taxta peyk tezliklə ISS-in göyərtəsində olacaq və təxminən bir ay sonra onun gücünü və dayanıqlığını yoxlamaq üçün kosmosa buraxılacaq. Cihazdan alınan məlumatlar maqnoliya gövdəsinin həddindən artıq temperatur dəyişikliklərinin öhdəsindən necə gəldiyini göstərəcək.
Kioto Universiteti hesab edir ki, ağacdan və digər qeyri-metal materiallardan hazırlanmış peyklər adi təcrübəyə çevrilməlidir. Fəaliyyətinin sonunda bu cür cihazlar planetin atmosferində iz qoymadan yanaraq kosmik tullantıların miqdarını azaldacaq.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 05 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















