Icma.az
close
up
RU
Dünyanın ilk Tolerantlıq evi Bakıdadır İçərişəhərdəki unikal məkandan FOTOLAR

Dünyanın ilk Tolerantlıq evi Bakıdadır İçərişəhərdəki unikal məkandan FOTOLAR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir dünyada qloballaşma, informasiya axınının artması və müxtəlif mədəniyyətlərin bir araya gəlməsi tolerantlığa olan ehtiyacı hər keçən gün daha da artırır. Lakin buna baxmayaraq, bir çox cəmiyyətlərdə və dövlətlərdə tolerantlıq problemi hələ də mövcuddur və getdikcə daha da böyüyür. Bu problemlər müxtəlif formalarda özünü göstərir ki, bunlardan da ən başlıcası dini ayrı-seçkilik müstəvisindədir. Dini ayrı-seçkilik müxtəlif dinlərə mənsub insanların hüquqlarının pozulması, dini dözümsüzlük və radikalizm kimi problemləri özündə ehtiva edir.

Hazırda dünyada müxtəlif dinlərə mənsub insanlar bir yerdə yaşayır, işləyir və sosial münasibətlər qururlar. Bu baxımdan tolerantlıq dinlərarası münaqişələrin və gərginliklərin qarşısını alır, hər bir fərdin dini inanc seçmək azadlığına hörmət edir, fərqli dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı gücləndirir, cəmiyyətdə dini nifrət və ayrı-seçkiliyin yayılmasına mane olur.

Dini tolerantlığın çatışmazlığı cəmiyyətdə ciddi problemlərə səbəb ola bilər, məsələn, fərqli dinlərə mənsub şəxslərə qarşı ayrı-seçkilik edilməsi, din adı altında nifrət və zorakılığın yayılması, müxtəlif dinlər arasında gərginlik və qarşıdurmaların yaranması, insanların öz dini inanclarını sərbəst ifadə edə bilməməsi və s.

Dini tolerantlığın təmin olunması üçün başlıca məsələlərdən biri də maarifləndirmə və təhsil, tolerantlığı dövlət siyasətinin bir parçası halına gətirmək, dinlərarası dialoq vasitəsiləfərqli dini icmalar arasında sülh və əməkdaşlığı təşviq etməkdir.

Bu müstəvidə Azərbaycanda görülən işlər ölkədə fərqli dinə mənsub insanların rahat şəkildə yaşamasına çox ciddi təsir edir. Belə ki, tolerantlıq dövlət siyasəti səviyyəsinə gələrək, 2016-cı il ölkədə "Multikultralizm ili", 2017-ci il isə "İslam həmrəyliyi ili" elan olunub.

Ölkənin daxili və xarici siyasətinin əsasına çevrilən tolerantlığın daha da təbliğ edilməsi üçün 16 noyabr 2024-cü ildə İçərişəhərdə dünyada ilk olaraq Bakıda Qafqaz Musəlmanları İdarəsinin (QMİ) nəznində Tolerantlıq evi açılıb. Bu evin məqsədi üç səmavi dinin – islam, xristianlıq və musəvilik haqqında daha geniş məlumatın yerli və xarici turistlərə çatdırılmasıdır. Muzeydə 100-dən artıq eksponat saxlanılır, bura hər üç səmavi dinin kitabları, din xadimlərinin geyimləri, simvolları, eyni zamanda dinlərin təbliğ etdiyi mövzuları özündə birləşdirən əl işləri, həmçinin bütün Qafqazın şeyxi, Azərbaycanın dini lideri Allahşükür Paşazadənin göstərdiyi fəaliyyətlərə görə ona təqdim edilən orden və medallar da eksponatlar siyahısındadır. Tolerantlıq evinin ən dəyərli eksponatlarından biri isə Məkkədən Azərbaycana hədiyyə edilən Kəbə evinin örtüyüdür. Onu da qeyd edək ki, yaxın zamanlarda Tolerantlıq evində kitabxana da yaradılacaq ki, ondan hər kəs istifadə edə biləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Fevral 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri