Dünyanın ilk trilyoneri ola bilər Sərvəti 500 milyarda çatdı
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Milyarder İlon Mask tarixdə sərvəti 500 milyard dollara çatan ilk şəxs olub.
Axşam.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Jurnalın hesablamalarına görə, 54 yaşlı Maskın "Tesla" da daxil olmaqla bütün aktivlərinin dəyəri oktyabrın 1-də 500 milyard dolları keçib. Lakin daha sonra bir qədər azalaraq 499 milyard dollardan bir qədər çox olub.
Nəşrin proqnozlarına görə, sərvəti yaxşılaşmağa davam edərsə, iş adamı 2033-cü ilin martına kimi dünyanın ilk trilyoneri ola bilər.
Xatırladaq ki, ilin əvvəlində Mask ABŞ Prezidenti Donald Tramp administrasiyasında çalışarkən onun şirkətlərinin, ilk növbədə "Tesla"nın dəyəri sürətlə azalıb. Lakin o, Ağ Evi tərk etdikdən sonra səhmləri yenidən yüksəlib. O, indi sərvətinə görə ikinci olan Larri Ellisonu ("Oracle"ın həmtəsisçisi) 150 milyard dollar qabaqlayır və dünyanın ilk trilyonçusu olmaq yolunu yarılayıb.
Baxış sayı:80
Bu xəbər 02 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















