Icma.az
close
up
RU
Dünyanın keçmiş narkotik paytaxtı ən yaşıl şəhər elan olundu

Dünyanın keçmiş narkotik paytaxtı ən yaşıl şəhər elan olundu

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Dünyanın keçmiş narkotik paytaxtı" adlanan Kolumbiyanın Medellin şəhəri indi artıq təkcə narkobaron Pablo Eskobarla yox, həm də yaşıl zonaları və təbiətə yaxınlığı ilə tanınır. 

Qaynarinfo xəbər verir ki, "Əbədi bahar şəhəri" kimi məşhur olan Medellin "Time Out" nəşrinin son tədqiqatına əsasən, dünyanın ən yaşıl şəhəri seçilib.

Bu nəticəyə gəlmək üçün ekspertlər dünyanın müxtəlif yerlərindən 18 500 nəfəri sorğulayıb və onların yaşadıqları şəhərlərdə yaşıllıq səviyyəsindən nə dərəcədə razı olduqlarını öyrəniblər. Sorğunun nəticələrinə görə, Kolumbiyanın ikinci ən böyük şəhəri olan Medellində sakinlərin 92 faizi şəhərdəki yaşıllıqlardan və təbiətə çıxış imkanlarından razıdır.

Tropik passat iqliminin təsiri ilə Medellin ilboyu sabit və isti hava şəraitinə malikdir. Lakin şəhərin yaşıl sahələri bu isti iqlimə qarşı təbii soyuducu rolunu oynayır. 2016-cı ildən etibarən Medellində "yaşıl dəhlizlər" layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində şəhərin beton küçələri boyunca yaşıllıq zolaqları salınıb və ilk üç ildə şəhərin orta temperaturu 2 dərəcə aşağı düşüb.

Bundan əlavə, Medellin şəhərinin mərkəzindən axan çayın ətrafında salınmış parklar şəbəkəsi 280 ağac və 38 052 kvadratmetr yaşıllıq sahəsini əhatə edir. Şəhərin yaxınlığında yerləşən Rio-Klaro vadisi kimi təbii qoruqlar da təbiət həvəskarları üçün müxtəlif imkanlar - su idman növləri və üzgüçülük daxil olmaqla - təklif edir.

Ən yaşıl şəhərlər reytinqində ilk yerlər:

1. Medellin, Kolumbiya – 92%

2. Boston, ABŞ – 88%

3. Sidney, Avstraliya – 87%

4. London, Böyük Britaniya – 87%

5. Ostin, ABŞ – 86%

6. Edinburq, Böyük Britaniya – 86%

7. Melburn, Avstraliya – 86%

8. Denver, ABŞ – 84%

9. Əbu-Dabi, BƏƏ – 83%

10. Keyptaun, Cənubi Afrika – 83%

Bu reytinqdə sonrakı yerlərdə Çikaqo, San-Fransisko, aStokholm, Monreal, Münhen, Mumbay, Pekin, Sürix, Ottava və Brisben şəhərləri qərarlaşıb.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 May 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri