Icma.az
close
up
RU
Dünyanın milyarderləri ADLAR

Dünyanın milyarderləri ADLAR

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son bir ildə dünyada 390 yeni milyarder ortaya çıxıb. Bu isə orta hesabla gündə birdən çox yeni milyarder deməkdir.

Milli.Az xəbər verir ki, dünyanın ən varlı insanlarını sıralayan "Forbes" jurnalının illik siyahısında bu il məşhurlar, varislər və iş dünyasının yeni simaları diqqət çəkir.

Bu göstərici pandemiyadan sonrakı iqtisadi bərpa dövründə 493 nəfərin ilk dəfə milyarder olduğu 2021-ci ildən sonra qeydə alınan ikinci ən böyük artım hesab olunur.

Bu il siyahıya daxil olan yeni milyarderlər arasında iki məşhur musiqiçi, tanınmış bir film rejissoru, bir tennis əfsanəsi və dünyanın ən varlı insanının qardaşı da var. Ümumilikdə 40 ölkə və bölgədən olan bu şəxslərin ümumi sərvəti təxminən 755 milyard dollar, adambaşına orta sərvət isə 1,9 milyard dollar təşkil edir.

Yeni milyarderlərin sayına görə ABŞ 106 nəfərlə birinci yerdədir. Siyahıda ən varlı iki yeni milyarder də bu ölkədəndir:

Edwin Chen - süni intellekt şirkəti "Surge AI"ın qurucusu (18 milyard dollar sərvət)
Peter Mallouk - maliyyə planlaşdırma şirkəti "Creative Planning"in baş direktoru və əsas səhmdarı (16,1 milyard dollar)

Çin isə 55 yeni milyarderlə ikinci yerdədir. Siyahının başında süni intellekt şirkətlərinin qurucuları dayanır:

Liu Debing - 9,1 milyard dollar
Yan Junjie - 7,2 milyard dollar

Almaniya 42 nəfərlə üçüncü, Hindistan isə 30 nəfərlə dördüncü sıradadır.

Siyahıya daxil olan ən tanınmış şəxslərdən biri Beyonce oldu. Müğənni və mahnı müəllifi musiqi satışları, konsert turları və milyarder həyat yoldaşı Jay-Z ilə etdiyi sənət kolleksiyası yatırımları sayəsində təxminən 1 milyard dollar sərvətə çatıb.

Hip-hop dünyasının məşhur simalarından Dr.Dre də bu il siyahıya daxil olub. O, 2014-cü ildə "Beats by Dre" qulaqcıq markasını Apple şirkətinə təxminən 3 milyard dollara satdıqdan sonra sərvətini 1 milyard dollara çatdırıb.

Siyahıya daxil olan digər məşhur şəxs isə tennis əfsanəsi Roger Federerdir. 20 Grand Slam qələbəsi və İsveçrənin "On Running" şirkətinə yatırımı sayəsində onun sərvəti 1,1 milyard dollar olaraq hesablanır.

James Cameron da bu il milyarderlər siyahısına daxil olub. "Titanic", "Avatar" və "The Terminator" kimi filmlərin rejissoru olan Cameronun sərvətinin 1,1 milyard dollar olduğu təxmin edilir. Karyerası ərzində 3 "Academy Awards" və 4 "Golden Globe Awards" qazanan kanadalı rejissor kassa gəlirlərinə görə tarixdə ikinci ən uğurlu rejissordur. Birinci sırada isə təxminən 7,1 milyard dollarlıq sərvəti ilə Steven Spielberg dayanır.

Yeni milyarderlərin təxminən üçdə ikisi sərvətini özü qazanan şəxslərdir. Onların arasında süni intellekt əsaslı işə qəbul platforması "Mercor"un 22 yaşlı üç qurucusu da var. Onlar Brendan Foody, Adarsh Hiremath, Surya Midha-dır. Onların hər birinin sərvəti 2,2 milyard dollar qiymətləndirilir. Midha bu üçlük arasında ən gəncdir və hazırda öz sərvətini qazanan ən gənc milyarder hesab olunur.

Siyahıya daxil olan digər şəxs isə Kimbal Muskdur. Onun sərvətinin böyük hissəsi qardaşı Elon Musk-un "Tesla" və "SpaceX" şirkətlərindəki kiçik paylarından formalaşıb. Kimbal Maskın sərvəti 1,4 milyard dollar hesablanır.

Bu il siyahıya daxil olan ən varlı qadın Jennifer Gilbert oldu. O, "Rocket Mortgage" şirkətinin qurucusu və "Cleveland Cavaliers" klubunun sahibi Dan Gilbertdən boşandıqdan sonra milyarder olub. Onun sərvəti 5,7 milyard dollar qiymətləndirilir.

Bu il siyahıya 76 yeni qadın milyarder daxil olub və onların yalnız 12-si sərvətini özü qazanıb. Yeni milyarderlər arasında ən varlı self-made qadın isə çinli Zhou Xiaopingdir. O, atası ilə birlikdə 1993-cü ildə qurduğu "Changzhou Xingyu Automotive Lighting Systems" sayəsində 3,8 milyard dollar sərvətə sahibdir.

Siyahının ən gənc yeni üzvü 20 yaşlı Amelie Voigt Trejes olub. Onun 1,1 milyard dollarlıq sərvəti Braziliyanın elektrik avadanlığı istehsalçısı WEG şirkətinin qurucularından olan babası Werner Ricardo Voigtdən qalan mirasdan formalaşıb. Trejes ötən il siyahıya daxil olan alman dərman sənayesi varisi Johannes von Baumbachdan cəmi üç həftə daha gəncdir. Onun 22 yaşlı qardaşları Felipe və Pedro Voigt də eyni sərvətlə bu il siyahıya yeni daxil olan şəxslər arasındadır.

Bu il istehsalat sektoru ən çox yeni milyarder yaradan sahə olub. Yarımkeçiricilərdən avtomobil hissələrinə, boyadan velosiped istehsalına qədər müxtəlif məhsullar istehsal edən 91 nəfər milyarder olub.

Bu sahədə ən varlı yeni milyarderlər:

Wang Xin - "Dtech Technology" qurucusu (5,6 milyard dollar)

Lin Tsung-Chi - "King Slide Works" qurucusu (5,1 milyard dollar)

Texnologiya sektoru isə 70 yeni milyarderlə ikinci yerdədir. Onların çoxu süni intellekt sahəsindəki yüksəliş sayəsində sərvət qazanıb. Məsələn:

"Perplexity AI" qurucuları: Aravind Srinivas, Johnny Ho, Andy Konwinski, Denis Yarats (hər biri 2,1 milyard dollar)
"Cursor" qurucuları: Sualeh Asif, Arvid Lunnemark, Aman Sanger, Michael Truell (hər biri 1,3 milyard dollar)

Üçüncü yerdə isə maliyyə və investisiya sektoru qərarlaşıb və bu sahədə 51 yeni milyarder siyahıya daxil olub. Onların arasında maliyyə məsləhətçisi "Omani Carson" (1 milyard dollar) və "Berkshire Hathaway" şirkətində Warren Buffettin yerinə baş direktor təyin olunan Greg Abel də var.

63 yaşlı Abelin sərvəti mentorunun sərvətindən təxminən 148 milyard dollar az olsa da, "Forbes" siyahısında bu fərqi azaltmaq üçün onun qarşısında hələ uzun illər olduğu qeyd edilir.

Mina Mikayılova
Milli.Az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Mart 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri