Icma.az
close
up
RU
Dünyanın müxtəlif ölkələri Azərbaycanı daha çox seçməyə başlayacaq AÇIQLAMA

Dünyanın müxtəlif ölkələri Azərbaycanı daha çox seçməyə başlayacaq AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

24 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb. Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək və ya tranzit keçmək, eləcə də giriş tarixindən etibarən 90 (doxsan) gündən artıq olmamaq şərtilə həmin ərazidə qalmaq üçün viza tələbİndən azad edilirlər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirdi ki, ölkələr arasında turizm mübadiləsini sürətləndirən əsas amillərdən biri də viza rejiminin aradan qaldırılmasıdır.

Onun sözlərinə görə, bu gün Azərbaycan pasportunun reytinqi ildən-ilə yüksəlir və vizasız rejimin coğrafiyası da getdikcə genişlənir:

"Bu isə həm qarşılıqlı etimadı gücləndirir, həm də xalqları bir-birinə daha da yaxınlaşdırır, turizm əlaqələrini inkişaf etdirir. Burada söhbət yalnız turizmdən getmir. Eyni zamanda iş adamlarının fəaliyyəti, tələbə inteqrasiyası və ticarət əlaqələri kimi sahələrə də birbaşa təsir edən mühüm amillərdən biridir. Bu gün Çin kimi böyük bir dövlətlə qarşılıqlı viza rejiminin ləğvi, hesab edirəm ki, iş adamları üçün böyük stimul yaratdı və geniş imkanlar açdı. Bu addım həm turizm, həm biznes, həm də tələbə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses yalnız Çinlə məhdudlaşmır. Artıq Maldiv Respublikasının vətəndaşları üçün də Azərbaycana viza rejimi ləğv olundu və qarşılıqlı vizasız rejim qüvvəyə mindi".

Ekspert əlavə etdi ki, Azərbaycan vətəndaşları uzun illərdir Maldiv adalarına vizasız səfər edirdi, artıq Maldiv vətəndaşları da ölkəmizə vizasız şəkildə gələ biləcəklər.

"Bundan əlavə, son illərdə Doha, Dubay, Mərakeş, Tayland kimi istiqamətlərdə də viza prosedurları sadələşdirilib və ya ləğv olunub. Eyni zamanda İndoneziyada qapıda viza imkanının yaradılması vətəndaşlarımızın rahat şəkildə səfər etməsinə şərait yaradır. Hesab edirəm ki, Azərbaycana turist sayının daha da artırılması üçün bu kimi analoji addımların davam etdirilməsi zəruridir. Vizasız gediş-gəliş ölkələrinin coğrafiyasının genişləndirilməsi artıq vacib məsələyə çevrilib".

Müsahibimiz qeyd etdi ki, bu gün dünyada baş verən siyasi böhranlar və müharibələr fonunda Azərbaycan təhlükəsiz və etibarlı ölkə kimi ön plana çıxır:

"Bu baxımdan dünyanın müxtəlif ölkələri Azərbaycanı daha çox seçməyə başlayacaq. Çünki Yaxın Şərq və körfəz ölkələrində yerləşən Dubay, Doha, Küveyt, Oman kimi turistik istiqamətlərə turist axınının müəyyən qədər azalması müşahidə olunur. Bu isə həmin istiqamətlərə yönələn turistlərin diqqətini Azərbaycana cəlb etmək üçün böyük imkan yaradır. Ölkəmizdə ictimai asayişin yüksək səviyyədə qorunması və siyasi sabitlik buna əsas verir. Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlər də ölkənin turizm potensialının tanıdılmasına ciddi töhfə verir. Yaxın zamanda keçiriləcək Ümumdünya Şəhər Forumu və COP29 kimi tədbirlər, həmçinin işğaldan azad olunmuş ərazilərdə — Şuşada və Xankəndidə təşkil edilən mötəbər görüşlər Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Müxtəlif ölkələrin prezident və yüksəkvəzifəli şəxslərinin Azərbaycana səfərləri də ölkə üçün mühüm reklam rolunu oynayır.

Məsələn, yaxın vaxtlarda Çexiyanın Baş naziri ilə Prezident İlham Əliyevin Qəbələdə görüşü, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri dünya mediasında geniş işıqlandırıldı. Bundan əvvəl isə Xankəndidə Azərbaycan, Türkiyə, Pakistan və İran liderlərinin birgə görüşü baş tutmuşdu. Bütün bunlar beynəlxalq mediada geniş şəkildə yayımlanır və Azərbaycanın turizm potensialının tanıdılması baxımından mühüm rol oynayır".

R.Quliyev hesab edir ki, turizm prizmasından baxdıqda vizanın ləğv olunması ölkəmiz üçün çox ciddi və əhəmiyyətli reklamdır.

Xədicə BAXIŞLI 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Aprel 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri