Icma.az
close
up
RU
Dünyanın müxtəlif ölkələrindən maraqlı toy adətləri

Dünyanın müxtəlif ölkələrindən maraqlı toy adətləri

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fərqli mədəniyyətlərə sahib ölkələrdə toy mərasimləri müxtəlif adət-ənənələrlə müşayiət olunur. 

BAKU.WS həmin adət-ənənələru təqdim edir.

İspaniya

Toy zamanı gəlinin atası kürəkənə saat hədiyyə edir. Kürəkən isə gəlinə "arras" adlı 13 qızıl pul verir. Bu, onların gələcəkdə qazandıqlarını birgə bölüşəcəklərini simvollaşdırır.

Yaponiya

Yapon toylarında gəlin və kürəkən ənənəvi kimono geyinir və "sake" və ya "san-san-kudo" adlı mərasim içkisini paylaşırlar. Daha sonra üç fərqli qabdan düyü şərabı içirlər. Bu, birgə həyatlarındakı vəhdəti təmsil edir.

Belçika

Ən önəmli adətlərdən biri yaylığa gəlinin adının işlənməsidir. Bu yaylıq toyda qonaqlara göstərilir. Toydan sonra yaylıq gəlinin evinə qaytarılır və əgər bacısı varsa, onun adı da əlavə edilərək evdə saxlanılır.

İtaliya

İtaliyada bazar günləri edilən toyların uğur gətirdiyinə inanılır. Gəlin və kürəkən kilsənin qarşısında simvolik düyün atırlar. Toyda "Tarantella" adlı rəqs geniş yayılıb və qonaqlar bu rəqsdə iştirak edirlər.

Almaniya

Qonaqlar gəlin və kürəkənin üstünə düyü səpirlər. Bu, bolluq və bərəkət rəmzidir. Saçda qalan düyü dənəsi qədər uşaqları olacağına inanılır. Toyun sonunda cütlük birlikdə bir taxta kötüyünü mişar ilə kəsir. Bu, həyatdakı çətinlikləri birgə aşmaq niyyətini göstərir.

Hindistan

Burada gəlin ağ don əvəzinə "sari" adlı ənənəvi paltar geyinir. Toya sadə geyimlə gələn gəlin, daha sonra ərinin ona verdiyi geyimi geyinir. Əllərə və ayaqlara tətbiq edilən mehndi (xına) naxışları isə toyun ayrılmaz hissəsidir.

Yunanıstan

Gəlin və kürəkənin başına çiçəkli tac taxılır. Bu, onların bir-birinə bağlı qalacağını göstərir. Kilsə mərasimindən sonra subay qohum və dostlar cütlüyə düyü atırlar.

Afrika

Afrikanın bəzi bölgələrində kürəkən qızı istədikdən sonra qızın ailəsi təklifi qəbul edərsə, ona pul və fıstıq verilir. Gəlin bu fıstığı ərilə bölüşür, tanışlığa vasitəçilik edən şəxsə də bir hissə verilir. Bu, həm də yaxınlara və qonşulara toya dəvət mesajıdır.

Azərbaycan

Azərbaycanda toy adət-ənənələri qədimdən bəri qorunub saxlanılıb. Toydan əvvəl elçilik və nişan mərasimi keçirilir. Gəlin üçün cehiz hazırlanır və bəy evinə göndərilir. Toy günü bəy evindən qız evinə "xınayaxdı" hədiyyələri aparılır. Xınayaxdı axşamı gəlinin əllərinə xına yaxılır. Toy günü gəlin ata evindən dualarla yola salınır. Gəlin evə gətirilərkən qapıda güzgü, bal və pulla qarşılanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:360
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 İyun 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri