Icma.az
close
up
RU
Dünyanın nadir torpaq sərvətləri: kim daha çox sahibdir?

Dünyanın nadir torpaq sərvətləri: kim daha çox sahibdir?

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nadir torpaq elementləri XXI əsrin strateji resurslarından biri kimi qiymətləndirilir. Süni intellekt texnologiyalarından tutmuş hərbi-sənaye məhsullarına, elektrik avtomobilləri, raket sistemləri, çiplər və yüksək dəqiqlikli optik avadanlıqlar kimi yüzlərlə kritik sahənin əsas xammalı məhz bu materiallardır. Mütəxəssislər bildirirlər ki, nadir torpaq resurslarına çıxış gələcək qlobal güc balansının müəyyənləşməsində həlledici rol oynaya bilər.

Xarici agentliklərə istinadən həmin nadir elementlərin toplandığı ölkələrin siyahısını təqdim edirik.

Geoloji araşdırmalar göstərir ki, bu sahədə dünya lideri Çindir. Təxminən 44 milyon ton nadir torpaq elementi ehtiyatı ilə Pekin planetin ümumi resurslarının 48 faizini nəzarətdə saxlayır. Bu, texnologiya bazarlarında Çinin strateji üstünlüyünü möhkəmləndirən əsas faktorlardan biridir.

İkinci pillədə yerləşən Braziliya isə 21 milyon ton ehtiyatla qlobal həcmin 23 faizinə sahibdir. Mühüm məqam odur ki, bu resursların böyük qismi hələ ilkin işlənmə mərhələsindədir. Yəni ölkənin gələcəkdə dünya bazarında rolunun daha da artması ehtimal edilir.

Siyahının növbəti hissəsində Hindistan (6,9 milyon ton), Avstraliya (5,7 milyon ton), Rusiya (3,8 milyon ton) və Vyetnam (3,5 milyon ton) qərarlaşıb. Bu altı ölkə birlikdə dünya üzrə müəyyən edilmiş nadir torpaq ehtiyatlarının təxminən 80 faizini təşkil edir. Bu fakt təkcə iqtisadi deyil, həm də siyasi güc bölgüsünü göstərən mühüm göstərici hesab olunur.

ABŞ isə bu yarışda nisbətən geridə görünür. Ölkənin mövcud rezervi cəmi 1,9 milyon ton, yəni qlobal resursun 2 faizi səviyyəsindədir. Bu göstərici Vaşinqtonun texnoloji istehsalda Çindən xammal asılılığını açıq şəkildə ortaya qoyur.

Məhz buna görə də son illər ABŞ administrasiyası idxal asılılığını azaltmaq üçün sürətlə yeni mədən layihələrinə sərmayə yatırır, icazə proseslərini sürətləndirir və təchizat zəncirini şaxələndirmək üçün müttəfiqlərlə əməkdaşlığı genişləndirir.

Ekspertlər hesab edir ki, qarşıdakı onillik nadir torpaq elementləri uğrunda rəqabətin daha da kəskinləşəcəyi dövr olacaq.

Bu mənzərə bir daha sübut edir ki, müasir dünyada enerji resursları artıq neft və qazla məhdudlaşmır. Geosiyasi sabitlik, texnoloji müstəqillik və hərbi təhlükəsizlik getdikcə daha çox nadir torpaq metalları ilə əlaqələndirilir. Dünya xəritəsinə nəzər saldıqda isə bu sərvətin ən böyük payı hazırda Cənubi Amerika və Asiyanın nəzarətindədir./Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Noyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri