Icma.az
close
up
RU
Dünyanın “nüvə çətiri”: Daha kimin başını örtəcək?

Dünyanın “nüvə çətiri”: Daha kimin başını örtəcək?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident Donald Trampın Rusiyaya münasibəti fonunda ABŞ-nin Avropa və Asiyadakı müttəfiqləri öz nüvə silahlarını inkişaf etdirməyi düşünməyə başlayıblar. 

“Cebheinfo.az” bu barədə “Financial Times”-a (FT)  istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Trampın Moskvaya münasibətinin dəyişməsi və NATO-ya qarşı nifrət etməsi müttəfiqləri Amerikanın “nüvə çətirindən” çıxmaq barədə düşünməyə vadar edir.

Karnegi Fondunun eksperti Ankit Panda nəşrə bildirib ki, nüvə silahlarının yayılmaması ilə bağlı böyük güc konsensusu həqiqətən də zəifləyir: “Tramp fenomeni ABŞ-nin müttəfiqlərində nüvə silahlarının Amerikanın etibarsızlığı problemini kökündən həll edəcəyi barədə səslərə güclü təkan verib".

Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) əsasən, BMT Təhlükəsizlik Şurasının yalnız beş daimi üzvü rəsmi nüvə silahına malikdir. Müqaviləyə qoşulmayan Hindistan, İsrail və Pakistanın da nüvə arsenalları var. FT-nin qeyd etdiyi kimi, Trampın hakimiyyətə qayıdışı Qərb müttəfiqləri arasında qızğın müzakirələrə səbəb olub. Analitiklər NPT-nin ləğv edilməsinin daha 15-25 ölkənin nüvə silahı əldə etməsinə və nüvə müharibəsi riskini artıra biləcəyindən ehtiyat edirlər.

“Financial Times” yazır ki, Almaniya rəsmiləri Trampın seçilməsindən sonra baş verən hadisələrdən şoka düşdükdən sonra öz nüvə silahlarının yaradılması ilə bağlı müzakirələrə başlayıblar. Almaniyanın ABŞ-dəki keçmiş səfiri Volfqanq İşinqer xəbərdarlıq edib ki, nüvə dövlətinə çevrilmək beynəlxalq ictimaiyyətin etimadını sarsıdacaq. Eyni zamanda, Polşa Prezidenti Anjey Duda ABŞ-ni ölkədə nüvə silahı yerləşdirməyə çağırıb. 

Baş nazir Donald Tusk qeyd edib ki, Polşa Fransanın “nüvə çətiri” vasitəsilə nüvə silahına çıxış əldə etməyə çalışmalıdır. Hər iki siyasətçi müxtəlif qüvvələri təmsil edir, lakin Tusk ölkənin Avropadakı nüvə layihəsində iştirakının vacibliyini vurğulayıb.

Cənubi Koreyada ekspertlər nüvə silahının yaradılması imkanlarını müzakirə etməyə başlayıblar. Seul Milli Universitetinin professoru Suh Kyung-ryul bildirib ki, ölkə nüvə silahı istehsal etmək üçün əsas texnologiyaya malikdir və onu üç ay ərzində inkişaf etdirə bilər. 

Nüvə hücumlarına məruz qalan yeganə ölkə olan Yaponiyada mövzu "ən ciddi tabu" olsa da, məhdud dairələr arasında oxşar müzakirələr aparılır. Yaponiya rəsmilərindən biri qeyd edib ki, müzakirələr daha geniş iştirakçılar üçün maraqlı ola bilər.

Bundan əvvəl Vaşinqtondakı Amerika Universitetinin Nüvə Tədqiqatları İnstitutunun professoru Peter Kuznik demişdi ki, Avropa “nüvə çətirini” genişləndirmək və müdafiə xərclərini artırmaq istəyindən çılğınlaşıb. O qeyd edib ki, Avropa ölkələri yenidən silahlanmaya 800 milyard avro xərcləməyə hazırdır və öz nüvə arsenalının yaradılması və ya Fransa və Almaniya vasitəsilə “nüvə çətiri”nin genişləndirilməsini müzakirə edirlər.

Xəzər
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Mart 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri