Icma.az
close
up
RU
Dünyanın qızıl ehtiyatı azalıb

Dünyanın qızıl ehtiyatı azalıb

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


2025-ci ildə qızıl təxminən 50 faizdən çox bahalaşmaqla, son illərdə bazarlarda müşahidə olunmayan ən yüksək qiymət artımı ilə rekord həddə çatıb.
Reyting.az
xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, artıq dünya qızıl ehtiyatının təxminən 75 faizi hasil edilib.
2025-ci ildə açıqlanmış məlumatlarda qeyd olunur ki, dünyada yeni yataqların azalması və hasilat xərclərinin artması səbəbindən bəzi ölkələr mövcud reallığı nəzərə alaraq, diqqəti təkrar emala, həmçinin yeni texnologiyalara yönəldir.
Ekspertlərin fikrincə, tarixilik baxımdan, bütün qızılın üçdə ikisi əslində, 1950-ci ildən sonra çıxarılıb ki, bu da sənayenin inkişаfı və texnoloji tərəqqi sayəsində mümkün olub. Hazırda isə qızılın hasilat tempi azalsa da, dövriyyədə olan qiymətli metalın ümumi miqdarı hər il getdikcə, daha da artır.
Statistikaya görə, dünya üzrə hasil edilən bütün qızılın 45 faizi zinət əşyalarına, 22 faizi sikkə və külçələrə,17 faizi isə mərkəzi bankların ehtiyatlarına aiddir. Qiymətli metal olan qızıldan elektronika və aerokosmik sənayedə də geniş istifadə edilir.
Beynəlxalq aləmdə mövcud olan, həm də iqtisadi cəhətdən işlənə bilən bütün qızıl ehtiyatları bu gün 64 min tondur, lakin bununla belə hələ də kəşf edilməmiş yataqlar var. Amerikalı ekspertlər bildirirlər ki, qiymətlərin artması qismən kasıb, az ehtiyatı, həmçinin dərin olan yataqların işlənməsini daha da sərfəli edir və yeni axtarışlara təkan verir.
Qeyd edək ki, 2025-ci ildə qızılın qiyməti rekord həddə bahalaşmaqla, bu qiymətli metalın bazar tarixində ilk dəfə unsiya üçün 4000 ABŞ dollar olub.
Mütəxəssislərin hesablamalarına görə, hazırda iqtisadi cəhətdən rentabelli dünyanın qızıl ehtiyatı 64 min ton təşkil edir ki, bu da 15 metr hündürlüyündə bir kub deməkdir. İndiyədək insanlıq tarixində, bəşər övladı tərəfindən hasil edilən bütün qızılı çəkib, yəni təxminən 216 min tonu əgər bir kub şəklinə salınması mümkün olsaydı, həmin kubun hündürlüyü 22 metrə çatar, yaxud da qızıl kubu dörd mərtəbəli bina boyda olardı.
Onu da qeyd edək ki, təqdim edilmiş məlumatlar tamamilə rəsmi mənbələrə istinad edir və Dünya Qızıl Şurası ilə yanaşı, ABŞ Geoloji Xidmətinin hesabatlarına əsaslanır.

Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 Oktyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri