Icma.az
close
up
RU
Dünyanın siyasi tarixində yeni MƏRHƏLƏ: ABŞ seçkiləri münaqişələrin gedişinə necə təsir edəcək?

Dünyanın siyasi tarixində yeni MƏRHƏLƏ: ABŞ seçkiləri münaqişələrin gedişinə necə təsir edəcək?

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Ştatlarda seçki prosesi, əslində, bütün dünyanın gündəmini zəbt edib ki, bu da təbiidir. Çünki Amerikanın daxili işi hesab etdiyimiz məsələlər, əslində, bütün dünyanın müxtəlif bölgələrində qarşıdurmalarla, müəyyən gərginlik ocaqlarının yaradılması, iqtisadi böhran və digər mənfi proseslərlə müşahidə olunur.

Bu sözləri News24.az-açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

O, noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərini dəyərləndirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatların daxilindəki proses, sadəcə, seçki məsələsi deyil.

"Bunu ilk olaraq, milli dövlət anlayışını təmsil edən güclə qlobal maliyyə sisteminin qarşıdurması kontekstində dəyərləndirməliyik. Çünki indiyə qədər dünyanın idarə olunmasında əsas rol oynayan, xüsusilə İkinci Dünya müharibəsindən sonra qurulan, 1971-ci ildən isə “Petro-dollar” adlanan maliyyə sisteminin çöküş prosesi dünyanın hər yerində ciddi qarşıdurmalara yol açır. Əlbəttə, bu, qlobal maliyyə sisteminin dünya hegemoniyasının bitməsi anlamına gəlir.

Ona görə də, bu qlobal sistem ABŞ kimi alətlər vasitəsilə dünyada xaos yaradaraq, dövlətləri zəiflətmək və yeni maliyyə sistemi tətbiq etməklə dünya hegemoniyasını qorumağa çalışır. Amma bunun qarşısında olan bir çox güc var. Birləşmiş Ştatların daxilində, eyni zamanda da dünyanın müxtəlif ölkələrində, məsələn, BRICS-də birləşən ölkələr bununla mübarizə aparırlar”, - deyə o bildirib.

Politoloqa görə, Birləşmiş Ştatların daxilində olan proses onu deməyə əsas verir ki, qlobal maliyyə sistemi maksimum çalışacaq ki, Harris hakimiyyətə gəlsin və beləliklə də Birləşmiş Ştatları silahlı güc olaraq öz əllərində saxlasınlar: 

"Amma xüsusilə silah sənaye kompleksi başda olmaqla, dünyanın müxtəlif ölkələrinə səpələnın böyük istehsal sənayesi müəssisələri çalışır ki, Tramp hakimiyyətə gəlsin və beləliklə, dünyanın müxtəlif dövlətlərinə, eyni zamanda, şirkətlərə dollar vasitəsilə təzyiq imkanlarını saxlayan güclər bu imkandan məhrum olsunlar. Məsələn, Elon Mask da məhz bu xətti təmsil edir və seçkilərdə Trampa dəstək verir”.

O, əlavə edib ki, Birləşmiş Ştatlarda seçki prosesi daha gərgin məcraya qədəm qoyub.

“Bu əvvəlki seçkilərdən tamamilə fərqlənəcək. Bu seçkinin nəticələri ABŞ başda olmaqla, dünyanın taleyini həll edəcək. Çünki indiyə qədər olan proseslərə nəzər salsaq, istər Trampın saxta ittihamlarla məhkəmələrə cəlb olunması, istərsə də müxtəlif səpkili şantajlarla geri çəkilməsinə çalışılması, son zamanlarda isə sui-qəsd məsələsi onu deməyə əsas verir ki, ona qarşı olan qüvvələr istəklərinə nail ola bilmədilər”.

Siyasi şərhçi bildirib ki, ötəndəfəki seçki prosesində seçkinin saxtalaşdırılması ilə Baydenin hakimiyyətə gəlməsi bəlli idi: 

“Böyük ehtimalla, Trampın arxasında olan güc bu riskləri də nəzərə alır və daha mütəşəkkil formada seçkiyə gedəcək. Ona görə də Trampın şanslarının daha yüksək olduğunu dəyərləndirirəm. Ümumiyyətlə, kimin hakimiyyətə gəlməyindən asılı olmayaraq, bu seçki dünyanın siyasi tarixində yeni mərhələnin başlanğıcı olacaq. Birləşmiş Ştatlarda Tramp uduzacağı təqdirdə, qarşıdurmaların yaranması, kütləvi etiraz aksiyalarının genişlənməsi daha çox müşahidə olunacaq”.

“Bir sıra dövlətlər də var ki, Birləşmiş Ştatların daxilindəki seçki prosesinə təsir etməyə çalışırlar. O cümlədən də Rusiya, İsrail və İranı misal göstərə bilərik. Çünki bu nəticə, əlbəttə, bütün dünyaya ciddi şəkildə təsir edəcək. Harrisin hakimiyyətdə qalması isə əlbəttə, dünyada xaosun, müharibələrin, iqtisadi böhranların və digər süni problemlərin vüsət alması və dövlətlərə daha ciddi təsiretmə prosesinin başlayacağını deməyə əsas verir. Ona görə də Birləşmiş Ştatlardakı seçkinin nəticəsi dünya nizamının formalaşması üçün həlledici mərhələ olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Ağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Noyabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri