Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünyanın ən yüksək zirvəsi olan Everestə aparan əsas marşrut nəhəng buz kütləsi səbəbindən açıla bilməyib. Təxminən 30 metrlik təhlükəli buz bloku keçidi bağlayıb, nəticədə yüzlərlə alpinist Himalay dağlarında baza düşərgəsində gözləyir.
Sherg.az xəbər verir ki, aprel-may ayları zirvəyə qalxış üçün ən əlverişli mövsüm hesab olunur. Lakin buz yarıqları ilə dolu ərazidə yaranan bu maneə marşrutun təhlükəsiz şəkildə qurulmasına imkan vermir.
“Buz doktorları” kimi tanınan təcrübəli Şerpa alpinistlər halatlar və nərdivanlarla təhlükəsiz yol açmağa çalışsalar da, hələlik nəticə əldə olunmayıb.
Nepal Turizm Dairəsi rəsmisi Himal Qautam bildirib ki, marşrut adətən aprelin üçüncü həftəsində açılır və buz kütləsi ərisə və ya çöksə, mövsüm plan üzrə davam edə bilər.
Digər tərəfdən, Tibet tərəfinin bu il bağlanması daha çox alpinistin Nepal marşrutuna yönəlməsinə səbəb olub.
Hazırda yüzlərlə alpinist baza düşərgəsində gözləmə vəziyyətindədir, hazırlıq işləri isə gecikir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 24 Aprel 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















