Icma.az
close
up
RU
Dünyasını dəyişən ustadın yaradıcılığı yaşayır

Dünyasını dəyişən ustadın yaradıcılığı yaşayır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 13 mart, AZƏRTAC

Daim arzu etmişəm ki, Vaqif İbrahimoğlunun yaratdığı “Yuğ” teatrında onun tərəfindən səhnələşdirilən tamaşa olsun. Bütün teatrlarda bu cür nümunələr var. Vaqif İbrahimoğlunun yaradıcılığının nümunəsi qismində onun tamasasının teatrımızın repertuarında olması bizim üçün çox vacibdir.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Dövlət “Yuğ” Teatrının rejissoru Günay Səttar bildirib. O, Anton Pavloviç Çexovun “Albalı bağı” pyesi əsasında “Birinci pərdə” tamaşasına quruluş verib. Bərpa olunmuş tamaşanın premyerası bu yaxınlarda baş tutub.

“Ustadımız artıq aramızda yoxdur, amma tamaşaçılar onun yaradıcılığı ilə tanış ola bilərlər. “Birinci pərdə” Vaqif İbrahimoğlunun son əsəridir və mən onun ikinci rejissoru qismində çalışmışam. Bu tamaşanı bərpa etmək mənim vəzifəm idi. Onun üzərində məmnuniyyətlə çalışdım. Bu prosesə qayıtmağı özüm üçün şərəf hesab edirəm. Bunu bacardığımız üçün qürur hissi keçirirəm. Bu, mənim kiçik töhfəmdir. Mənə həvalə olunmuş vəzifəni yerinə yetirməyə çalışdım. Müəllimim dediyi və o vaxt müzakirə etdiyimiz hər şeyi çatdırmağa səy göstərdim. Ümidvaram ki, buna nail oldum”, - deyə Günay Səttar vurğulayıb.

“Birinci pərdə” “Yuğ” teatrının yaradıcısı Vaqif İbrahimoğlunun quruluş verdiyi son tamaşalardan biridir. O, 2009-cu ildə səhnələşdirilib və tənqidçilər tərəfindən yüksək qiymət alıb. Kollektiv ustadın xatirəsinə hörmət əlaməti olaraq tamaşanı bərpa edib.

Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rejissoru Günay Səttar, quruluşçu rəssamı Rəşid Şərif, rəssamı Umay Həsənova, rejissor köməkçisi Günel Səfərovadır. Rolları Təranə Ocaqverdiyeva, Nigar Mürsəl, Ləman Marrix, Amid Qasımov, Elgün Həmidov, Elşən Əsgərov, Raqib Allahquliyev, Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Günəş Tegin, Murad Fərzəliyev ifa ediblər.

“Birinci pərdə” tamaşasında Pyotr Çaykovskinin “Fəsillər” fortepiano silsiləsindən “May”, “Oktyabr” və “Dekabr” partiyalarından istifadə olunub.

“Yuğ” teatrının yaradıcısı 2011-ci ildə dünyasını dəyişib.

Anara Axundova

Foto – Azər İbrahimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Mart 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri