Icma.az
close
up
RU
Dünyasını dəyişmiş şəxslərlə danışmaq mümkün olacaq

Dünyasını dəyişmiş şəxslərlə danışmaq mümkün olacaq

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Müasir neyron şəbəkələri yeni səviyyəyə çatıb. Onlar indi insanın ətraflı rəqəmsal kadrını yarada bilirlər. Bunları çox inandırıcı, reallığa bənzər şəkildə etmək üçün sadəcə, öyrənilən həmin şəxsin bir müsahibəsi kifayət edir. Amma bu texnologiya hələ geniş yayılmayıb.
Reyting.az
-ın məlumatına görə, mütəxəssislər deyiblər ki, yeni texnologiya ilə bağlı olan yeganə məlumat yalnız bir elmi preprintdə var və onun qeyri-adi potensialı göz qabağındadır.
Rosbalt.ru-nun yazdığına görə, inkişafın əsas mahiyyəti ondan ibarətdir ki, tədqiqatçılar rəqəmsal şəxsiyyətin modelini yaratmaq üçün respondentlə iki saatlıq müsahibədən kifayət qədər geniş məlumat çıxara biliblər. Nəticədə bu yeni modelin real insana 85 faiz oxşadığı məlum olub.
Alimlərin fikrincə, bu kəşfin imkanları çox böyükdür. Üstəlik, bundan müxtəlif hadisələrə ictimai reaksiyaları sınamaq üçün müasir bir model kimi istifadə edilə bilər.
Rəqəmsal texnologiya ilə hətta vəfat etmiş və yaxud həyatda olan real siyasətçilərin də bu cür "ekiz" modellərini yaratmaq mümkündür. Bunun üçün bir müsahibəyə belə ehtiyac qalmır - artıq mövcud ictimai bəyanatlar obrazını təkmilləşdirmək kifayətdir. Çünki bir şəxs haqqında nə qədər çox məlumat varsa, rəqəmsal model bir o qədər dəqiq olacaq. Uzunmüddətli siyasət aparanlar, daha çox müxtəlif açıqlamalar, müsahibələr verən və çıxış edən real şəxsiyyətlərin rəqəmsal modelləşdirilməsi isə informasiya bolluğu baxımından tamamilə şəffaf olur. Onların rəqəmsal təsvirinin növbəti qırmızı xəttin qırılmasına necə reaksiya verəcəyi aydın görünür. Bu, həm də məlumat bazasından yetərincə istifadənin göstəricisi anlamına gəlir.
Müasir dövrdə, rəqəmsal texnologiyanın imkanlarından yararlanmaqla, belə şans əldə etmək, böyük tarixi şəxsiyyətlərin, eləcə də tanınmış siyasətçilərin rəqəmsal modelləri ilə bu üsullarla qarşılıqlı əlaqə qurmaq bacarığı çox fantastik səslənir.
Mütəxəssislər bildirirlər ki, onlar sadəcə, ötən əsrlərdə yaşayan, həmçinin artıq keçmişə çevrilən məşhur siyasi xadimləri, dövlət rəhbərlərini "dindirmək" fikrində deyillər. Hətta ABŞ prezidenti "Rəqəmsal Barak Obama" ilə, eləcə də müasirlərimiz olan digər siyasətçilərlə də əlaqə qurmaq mümkündür, amma onlar hələ ki, keçmişə qovuşan tarix deyillər.

Artıq növbəti mərhələdə keçmiş SSRİ-nin lideri, həm də İkinci Dünya Müharibəsinin taleyində əsas rol oynayan qalib dövlətin başçısı İosif Stalin yaradılır. XX əsrin ən böyük diktatoru kimi adı Hitlerlə qoşa çəkilən, "Qırmızı şər" adlanan "Rəqəmsal Stalin"-in oxşarı olan modellə də sərbəst söhbətləşmək mümkün olacaq.
Nəşr yazır ki, bunun yaxın gələcəkdə mümkün olacağı təsdiq edilib:
“Alimlər bildiriblər ki, bunun üçün "ChatGPT" kimi cari modellər artıq belə seçimin mümkünlüyünü təklif edib. Lakin tələsməyən mütəxəssislər daha çox məlumat toplamağa çalışırlar. Bu yenilik üzərində işlərə davam edən elm adamları yeni inkişafın dəqiqliyinin bundan sonra da əhəmiyyətli dərəcədə artıracaqlarını vəd edirlər. Üstəlik, tarixi şəxsiyyətlərlə "danışırsan",- rəqəmsal nüsxələrlə sərbəst ünsiyyət qurmaq nəinki mümkün olacaq, hətta adi hala çevriləcək".
Hazırda mütəxəssislər bir neçə tarixi şəxsiyyəti öyrənir və onların "rəqəmsal ekiz"-ini yaratmağa hazırlaşırlar. Lakin onlar öncə İosif Stalini dinləməyə üstünlük verdiklərini vurğulayıblar.
Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Dekabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri