Icma.az
close
up
RU
Dünyaya ümid verən ixtira Bakıda elan edildi FOTOLAR

Dünyaya ümid verən ixtira Bakıda elan edildi FOTOLAR

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Alimlər Solomon adalarının cənub-şərqində, Sakit okeanda dünyanın ən böyük mərcanını kəşf ediblər.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu sensasion xəbər Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) elan olunub.

Bildirilir ki, tapılan nəhəng mərcan 300 illik tarixə malik olmaqla yanaşı, çoxsaylı kiçik canlının birləşməsindən əmələ gəlib.

Ölçülərinə görə, hətta göy balinadan da böyük olan bu mərcan, “National Geographic” ekspedisiyası zamanı üzə çıxarılıb.

Ekspedisiyanın üzvü olan operator Manu San Feliks qeyd edib ki, əslində bu ərazi xəritələrdə batan gəminin yeri kimi qeyd olunub. O da araşdırma üçün dərinliyə baş vurarkən bu möhtəşəm mərcanı kəşf edib.

“Bunu gördüyümdə özümü sanki su altında kilsənin içində hiss etdim. Çox həyəcanlı bir təcrübə idi. Əsrlər boyu sağ qala bilən, özü də bir yerdə qalan belə bir varlığa dərin ehtiram duyuram”, – deyə o, həyəcanını bölüşüb.

Xüsusi ölçmə aparatı ilə aparılan araşdırmalar nəticəsində məlum olub ki, kəşf edilən mərcan 34 metr enində, 32 metr uzunluğunda və 5.5 metr hündürlüyündədir.

Qeyd edək ki, mərcanlar dənizlərin “memarları” adlandırılır, balıqlar və digər dəniz canlıları üçün sığınacaq rolunu oynayan böyük riflər əmələ gətirə bilirlər. Lakin iqlim dəyişikliyi nəticəsində okeanların istiləşməsi ilə əlaqədar mərcanlar ciddi təhlükə altındadır.

Solomon adaları İqlim Dəyişikliyi naziri Trevor Manemahaga bildirib ki, kəşf olunan bu mərcanın mühafizəsi vacibdir:

“Bu ərazinin xüsusi bir yer olduğu və qorunmasının vacibliyini dünya bilməlidir”, – deyə o bildirib.

O, adaların iqtisadiyyatının dəniz resurslarına əsaslandığını və mərcanların bu baxımdan çox əhəmiyyətli olduğunu vurğulayıb.

Qeyd edək ki, Solomon adaları iqlim dəyişikliyindən ən çox zərər çəkən kiçik ada ölkələrindəndir. Qlobal istiləşmə nəticəsində adalarda daha güclü qasırğalar və sahil eroziyası müşahidə olunur, evlər dənizə qərq olur. Bu vəziyyət yerli əhalinin dolanışıq mənbələrini də təhdid edir.

Ekspedisiyada iştirak edən alim Erik Braun qeyd edib ki, kəşf olunan mərcanın sağlamlıq vəziyyəti çox yaxşı görünür:

“Yaxınlıqdakı dayaz riflər isti sular səbəbindən məhv olarkən, bir qədər dərin sularda bu sağlam mərcan vadisini görmək ümidverici bir işarədir”, – deyə o bildirib.

Tapılan nəhəng mərcan “Pavona clavus” növünə aiddir, krevetkaların, xərçənglərin, balıqların və digər dəniz canlılarının məskənidir.

Alimlər hesab edirlər ki, bu mərcan keçmiş dəniz şəraiti haqqında məlumat əldə etməyə imkan verən bir pəncərə rolunu oynayır.

Son hesabata görə, isti sularda yaşayan mərcanların 44%-i nəsli kəsilmək təhlükəsi altındadır. Bu göstərici 2008-ci ildə aparılan son qiymətləndirmə ilə müqayisədə 1/3 nisbətində artım deməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri