Icma.az
close
up
RU
Dünyəvi problemlər ancaq bəşəri münasibətlərlə həll edilə bilər

Dünyəvi problemlər ancaq bəşəri münasibətlərlə həll edilə bilər

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Dövlətlərarası münasibətlərin yaxşılaşmasında, inkişaf etdirilməsində digər beynəlxalq tədbirlər kimi Zirvə görüşlərinin də böyük əhəmiyyəti olur. Belə görüşlərdə müzakirə olunan məsələlər daha qlobal, daha həssas, daha dünyəvi problemləri əhatələyən vacib məsələlər kimi diqqəti çəkir. Noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə müzakirə edilənlər də bu baxımdan dünyəvi mahiyyətli məsələlər oldu.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı müxtəlif çalarları ilə iştirakçıların marağına səbəb oldu. 
Naxçıvan Sazişinin Türk Dövlətləri Təşkilatının əsasını qoyduğunu xatırladan dövlət başçımız çıxışında qeyd etdi ki, Naxçıvan sazişinin 15-ci ildönümüdür, təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsində vəsilə oldu. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəkdir.
Təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın böyük əhəmiyyət daşıdığını bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidi”.
Ötən ilin sentyabr ayında Azərbaycanın öz suverenliyini tam bərpa etdyini, işğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələrinin həyata keçirildiyini, həmin ərazilərə Böyük Qayıdışın başladığını da xatırladan dövlət başçımız Azərbaycanda dünyəvi bir tədbirin – COP29 tədbirinin keçiriləcəyini diqqətə çatdıraraq dedi: “Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı mahiyyəti baxımından dünyəvi problemlərin ancaq bəşəri münasibətlərlə həll edilməsinin mümkünlüyünün siyasi tezisləri kimi dinlənildi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Noyabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri