Icma.az
close
up
RU
Duro Sessa: Avropada qanunun aliliyi prinsiplərinin ciddi şəkildə pozulması ilə bağlı nümunələr var

Duro Sessa: Avropada qanunun aliliyi prinsiplərinin ciddi şəkildə pozulması ilə bağlı nümunələr var

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

Məhkəmə hakimiyyətinin Avropa üzrə Şurası 2025-ci ildə Riqa Bəyanatı qəbul etdi. Çox mühüm və narahatlıq doğuran bir bəyanat idi. Bəyanata əsasən demək olar ki, Avropada qanunun aliliyi prinsiplərinin ciddi şəkildə pozulması ilə bağlı nümunələr var. Bu, çox geniş vüsət alan faktdır.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ) Prezidenti Duro Sessa Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Avropanın bəzi dövlətlərində məhkəmə hakimiyyəti ilə əməkdaşlıq həyata keçirilmir, məsləhətləşmələr aparılmır. Bu da onları zəruri islahatlardan kənarda qoyur: "Bir sözlə, Avropada vəziyyət kifayət qədər ciddidir. Biz bunu etiraf etməli və buna qarşı mübarizə aparmalıyıq. Avropa Şurasında məhkəmə hakimiyyəti ilə bağlı ən birinci sənədlər hakimlərin fəaliyyəti ilə bağlı xartiyadır. Xartiyada qeyd olunur ki, hakimlərin müstəqilliyinin səviyyəsi heç zaman öz hüdudlarından kənara çıxmalı deyil.

Yəni biz məhkəmə hakimiyyətinin müstəqilliyini yüksək səviyyədə təmin etməliyik, lakin o, məlum olan səviyyəni keçməli deyil.

Ümumiyyətlə, ədalətli məhkəmə araşdırması hüququ İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsi ilə təmin olunur. Hakimlərin müstəqilliyi azadlığın, insan hüquqlarına hörmətin və qanunun qərəzsiz tətbiqinin təminatı kimi qiymətləndirilməlidir. Hakimin qərarı heç cür bu və ya digər təsirə məruz qala bilməz. Bu, qanuna əsaslanan bir qərardır. Əfv məsələlərinə hətta qanunvericilik və icra hakimiyyəti heç bir müdaxilə edə bilməz. Hakimlərin qərarlarının təfsilatı müstəqil şəkildə həyata keçirilməli hər hansı bir stereotiplərdən uzaq olmalıdır. Avropa Hakimlərinin Məşvərət Şurasının 2015-ci ildə verdiyi bir rəy hüquqşünaslıq sahəsində verilən ən yaxşı rəylərdən biridir. Rəydə məhkəmə hakimiyyətinin cəmiyyət və dövlətin digər qolları qarşısında məsuliyyəti qeyd olunur. Hakimiyyət bölgüsü öz-özlüyündə məhkəmə hakimiyyətinin müstəqilliyinin qarantıdır. O üzərinə düşən konstitusiyadan irəli gələn vəzifələri icra etməli və cəmiyyətin maraqlarına xidmət etməli və tarazlıq yaratmalıdır. Hakimiyyət bölgüsü konsepsiyasına gəldikdə, həmin Məşvərət Şurası bildirib ki, istər qanunvericilik hakimiyyəti, istər icra hakimiyyəti olsun, hər hansı bir araşdırma aparılırsa, məhkəmənin işinə müdaxilə etməli deyillər. Bu işlərin təhlili və səsləndirilən tənqidi fikirlər belə bir nəticəyə gətirib çıxarır ki, siyasətçilər heç bir vəchlə bu və digər qərarın məhkəmə tərəfindən qəbul olunmasına imkan yaratmalı deyillər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri