Durov: Bu ssenari İranda iflasa uğradı
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Telegram"ın qurucusu Pavel Durov Rusiyada bu sosial şəbəkədən istifadənin məhdudlaşdırılması məsələsinə münasibət bildirib.
"Ölkə.az" xəbər verir ki, Pavel Durov bununla bağlı öz sosial şəbəkə hesabında açıqlama yayıb.
O qeyd edib ki, Rusiya hakimiyyəti vətəndaşları üzərində nəzarəti gücləndirmək və siyasi senzura tətbiq etmək niyyətindədir. Durovun fikrincə, "Telegram"a girişin məhdudlaşdırılması cəhdlərinin əsas məqsədi istifadəçiləri dövlət tərəfindən idarə olunan alternativ tətbiqlərdən istifadə etməyə məcbur etməkdir.
Pavel Durov vurğulayıb ki, oxşar strategiya səkkiz il əvvəl İran tərəfindən də sınaqdan keçirilib və uğursuzluğa düçar olub:
"Səkkiz il əvvəl İran da eyni strategiyanı sınadı və uğursuz oldu. Hakimiyyət insanları dövlət tərəfindən idarə olunan alternativ tətbiqlərə yönləndirmək məqsədilə "Telegram"ı uydurma bəhanələrlə qadağan etdi. Lakin qadağaya baxmayaraq, əksər iranlılar senzuranı aşaraq hələ də "Telegram"dan istifadə edir və onu izlənilən tətbiqlərdən üstün tutur", - deyə Pavel Durov qeyd edib.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 10 Fevral 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















