Icma.az
close
up
RU
Dursun Özbek: TFF prezidenti tərəfsizliyini itirib

Dursun Özbek: TFF prezidenti tərəfsizliyini itirib

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qalatasaray"ın prezidenti Dursun Özbekin mətbuat konfransı keçirilib. Sport24.az xəbər verir ki, o, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun açıqlamalarına cavab verib:

"Artıq susmaq mümkün deyil. TFF prezidenti vacib matçımızdan əvvəl kameraların qarşısına keçərək tərəfsizliyini itirib. Türk futbolunda başqa problem yoxmuş kimi o, kameralar qarşısında bizi tənqid edir. Bizim Çempionlar Liqasında matçımızın olması milli qürur deyilmi? Sonra da "Qalatasaray"ın uğur qazanmasını arzulayır. Bu açıqlamalarla əslində "Monako"ya uğur arzulayıb".

 

Özbek "Fənərbaxça" - "Qalatasaray" derbisi ilə bağlı Hacıosmanoğlu ilə görüşdüklərini bildirib:

"Videonu izlətdik. Video ilə bağlı cənab prezident "həmin oyunda "Fənərbaxça"nın haqqı yeyilib" deyə açıqlama verdi. Biz sizdən ədalət tələb edərkən komanda ayrı-seçkiliyi etmirik. İstər "Qalatasaray" olsun, istər "Beşiktaş", istərsə də "Fənərbaxça" - əgər haqsızlıq varsa, bunun ardınca mütləq cəza verilməlidir. Siz isə "cəza verəcəkdik", "siz gəldiniz, cəzanı verməkdən vaz keçdik" deyirsiniz. Belə bir ədalət anlayışı ola bilərmi?"

Klub prezidenti TFF-nin komandaya qarşı xüsusi nifrət bəslədiyini vurğulayıb: 

"Bu gün çatdığımız məqam son dərəcə aydındır. Hazırkı futbol federasiyasının "Qalatasaray"a münasibəti danılmaz hala gəlib. Bütün azarkeşlərimiz bilməlidir ki, TFF "Qalatasaray"a nifrətlə idarə olunur".

Qeyd edək ki, TFF prezidenti İbrahim Hacıosmanoğlu "Manako" - "Qalatasaray" (1:0) matçından öncə mətbuat konfransında "Fənərbaxça" - "Qalatasaray" derbisi (1:1) və "Qalatasaray" - "Samsunspor" (3:2) matçında yaşanan mübahisəli epizodlar barədə açıqlama vermişdi. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sport24.az
archiveBu xəbər 12 Dekabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri