Duş zamanı yuyucu parçalardan istifadə etmək təhlükəlidir
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Həkim Xorxe Anxel duş qəbul edərkən yuyucu parçalardan istifadə etməməyə çağırıb.
Redaktor.az xəbər verir ki, o, "Vanitatis" nəşrinə açıqlamasında bu vərdişin təhlükəli nəticələrə yol aça biləcəyini bildirib.
“Elm göstərir ki, bədəni yumaq üçün əllərdən istifadə etmək daha məqsədəuyğundur. Çünki yuyucu parçalar nəm yığır və bu, göbələk və bakteriyaların inkişafı üçün əlverişli mühit yaradır”, - deyə Anxel vurğulayıb.
Onun sözlərinə görə, belə mikroorqanizmlər dəri infeksiyalarına, qıcıqlanmaya və xoşagəlməz qoxuya səbəb ola bilər. Əgər yuyucu parçadan imtina etmək mümkün deyilsə, onu tez-tez dəyişdirmək, hər istifadədən sonra yaxşıca sıxmaq və havalandırılan yerdə qurulamaq vacibdir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 İyul 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















