Icma.az
close
up
RU
Düşənbədə İlham Əliyev Putin dialoqu Azərbaycan Rusiya münasibətlərində yeni dövr açır

Düşənbədə İlham Əliyev Putin dialoqu Azərbaycan Rusiya münasibətlərində yeni dövr açır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası təşkilatın gələcək fəaliyyət istiqamətləri və regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İclasda iştirak edən dövlət başçıları, qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə bir sıra məsələləri müzakirə etdilər. Bu məsələlər arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik və hərbi əməkdaşlığın gücləndirilməsi, enerji təhlükəsizliyi, terrorizm və ekstremizmə qarşı mübarizə kimi mövzular ön plana çıxdı. Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının MDB-də müşahidəçi statusu alması məsələsi də gündəmə gəldi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O qeyd edib ki, görüşün sonunda, iştirakçı ölkələr arasında çoxtərəfli əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər imzalandı. Bu sənədlər MDB çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və regional sabitliyin təmin olunması məqsədini güdür.

Azərbaycan Prezidenti İlham Əliyev də iclasda iştirak edərək, ölkəsinin MDB çərçivəsindəki fəaliyyətini və əməkdaşlıq perspektivlərini vurğuladı. Prezident Əliyev, regional əməkdaşlığın gücləndirilməsinin və qarşılıqlı etimadın artırılmasının vacibliyini qeyd etdi.

Deputat vurğulayıb ki, Düşənbə görüşü Azərbaycan diplomatiyasının daha bir uğuru ilə əlamətdar oldu: “Çünki iclas çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüş bunu deməyə əsas verir və iki ölkə arasındakı münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.

Görüşün əsas mövzularından biri təbii ki, 2024-cü ilin dekabrında baş vermiş faciəvi hadisə ilə bağlı idi. Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması nəticəsində 38 nəfər həyatını itirmişdi. Bu faciə Azərbaycan-Rusiya münasibətlərində ciddi gərginliyə səbəb olmuşdu. Azərbaycan tərəfi Rusiyanı bu hadisəni ört-basdır etməyə çalışmaqda və sübutları gizlətməyə cəhd etməkdə ittiham etmişdi.

Putin ilk dəfə olaraq Rusiyanın hava hücumundan müdafiə sistemlərinin bu faciəyə səbəb olduğunu etiraf etdi və məsuliyyəti öz üzərinə götürdü. O, əvvəlki bəyanatlarında faciəni "tragik hadisə" kimi qiymətləndirmişdi, lakin bu dəfə məsuliyyəti qəbul edərək, Azərbaycan tərəfindən üzr istədi. Bu, iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində mühüm bir addım olaraq qiymətləndirilməlidir”.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın bu addımını müsbət dəyərləndirərək, hadisənin obyektiv şəkildə araşdırılmasının vacibliyini vurğuladı, bu məsələnin gələcəkdə belə faciələrin qarşısının alınması üçün nümunə olmasını arzuladığını bildirdi.

Prezident İlham Əliyev, həmçinin bu müsbət dinamikanın davam etdirilməsinin vacibliyini vurğuladı. Putin isə humanitar sahədəki yüksək səviyyəli əlaqələrin önəmini qeyd edərək, iki ölkə arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin əhəmiyyətini bildirdi.

“Bu görüş Azərbaycan-Rusiya münasibətlərində yeni bir səhifənin açılmasına və iki ölkə arasında qarşılıqlı etimadın bərpasına xidmət edəcək. Gələcəkdə bu cür görüşlərin daha da intensivləşdirilməsi, regional sabitliyin təmin olunması və hər iki ölkənin maraqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə E.Akimova fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri