Icma.az
close
up
RU
Düşənbədə SPECA üzrə tədbirlər keçirilib

Düşənbədə SPECA üzrə tədbirlər keçirilib

Operativmedia saytından alınan məlumata görə, Icma.az bildirir.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistanın paytaxtı Düşənbədə SPECA Rəhbər Şurasının 19-cu sessiyası, SPECA 2024 İqtisadi Forumu və SPECA Etimad Fondunun Rəhbər Komitəsinin ilk iclasında iştirak edib.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, SPECA Rəhbər Şurasının 19-cu sessiyasının açılışında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli qeyd edib ki, SPECA üzrə məqsədlərin həyata keçirilməsində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Proqram ölkələri arasında ticarət dövriyyəsinin davamlı artımı, investisiya mühitinin yaxşılaşdırılması, nəqliyyat, enerji, kənd təsərrüfatı və texnologiya kimi əsas sektorlarda fəal əməkdaşlıq buna misaldır.

Bildirilib ki, Azərbaycanın SPECA ölkələri ilə ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarətin asanlaşdırılması artıma əlverişli imkanlar yaradacaq. Diqqətə çatdırılıb ki, Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və innovativ layihələrin dəstəklənməsi istiqamətində mühüm təşəbbüslər həyata keçirilib. Bu addımlar regionda biznes fəaliyyətinin genişlənməsinə və investisiyaların artmasına töhfə verir. Tədbirdə SPECA işçi qruplarının, həmçinin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) katibliklərinin Proqramla bağlı hesabatları dinlənilib, müzakirələr aparılıb. Tədbirdə ticarətin rəqəmsallaşdırılması, investisiyalar və digər sahələrdə regional əməkdaşlığı nəzərdə tutan “Düşənbə Bəyannaməsi” qəbu olunub.

SPECA 2024 İqtisadi Forumu

Proqramın əhatə etdiyi regionda yaşıl inkişafa həsr olunmuş SPECA 2024 İqtisadi Forumunda SPECA-nın hazırkı sədri - Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzodanın çıxışında, UNESCAP-ın icraçı katibi Armida Salsiya Alişahbananın və UNECE-nin icraçı katibi Tatyana Molçanın videomüraciətlərində yaşıl inkişaf çağırışlarının öhdəsindən gəlmək üçün bölgədə dialoq və birgə təşəbbüslərin vacibliyi önə çəkilib. Bildirilib ki, Forum yüksək səviyyəli siyasi dialoq üçün platforma rolunu oynayır.

Qeyd edilib ki, Azərbaycan enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına və karbon qazının azaldılmasına yönəlmiş yaşıl inkişaf strategiyasını fəal şəkildə davam etdirir və bu istiqamətdə regional əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Tədbir sessiyalarla davam edib. Müzakirələrdə vurğulanıb ki, regionda iqlim çağırışları fonunda davamlı iqtisadi artım modellərinə keçid üçün enerji transformasiyası, resursların davamlılığı və innovativ strategiyaların tətbiqi zəruridir.

Çoxtərəfli Etimad Fondunun Rəhbər Komitəsinin ilk iclası

SPECA Çoxtərəfli Etimad Fondunun Rəhbər Komitəsinin ilk iclasında qeyd olunub ki, açılışı COP29 çərçivəsində elan edilmiş Fond iştirakçı dövlətlər arasında inkişaf proqramlarının birgə hazırlanması və həyata keçirilməsi üçün çevik və inklüziv maliyyələşdirmə mexanizmidir. Fond regionda dayanıqlı inkişafa nail olmaq üçün əməkdaşlıq platforması rolunu oynayacaq. Qurum SPECA regionunda iqtisadi əməkdaşlığın təşviqi, davamlı inkişaf və inteqrasiya üçün stimul yaradılmasına xidmət edəcək.

İclasda Fondun fəaliyyətinə dair müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 29 Noyabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see373

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see259

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see247

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see241

151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış

22 İyul 2026 16:55see241

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see239

“LC Waikiki”, “Koton”, “Decathlon” və digər brendləri birləşdirən loyallıq sistemi indi ABB mobile da

21 İyul 2026 13:23see207

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see182

Makronun əsas rəqibinə kiberhücum X hesabı sındırıldı

22 İyul 2026 02:06see177

Nevroloqdan baş ağrısı ilə bağlı xəbərdarlıq Bu simptomlar varsa...

21 İyul 2026 22:38see173

Bakı və İrəvanın məqsədyönlü sanksiyaları, yoxsa...

21 İyul 2026 18:01see171

Prezidentin Almaniya səfəri ilə bağlı Video

21 İyul 2026 20:13see169

Şəxsi məlumatlarla bağlı narahatlıq banklara etimadı sarsıda bilər

21 İyul 2026 12:30see169

Dambrauskas: “Taktiki cəhətdən komandamdan razıyam”

21 İyul 2026 22:39see166

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see166

İsrailə təzyiq göstərəcəyik! Trampdan ŞOK BƏYANAT

22 İyul 2026 01:19see166

Finalın əsl qazananları onlar oldu Fotolar

22 İyul 2026 03:36see163

Premyer Liqa klubundan Qarnaçoya 50 milyon avroluq təklif Çelsi satacaqmı?

23 İyul 2026 01:30see162

Bu ölkədə 3 nəfər hantavirusdan ölüb

22 İyul 2026 03:20see159

Azərbaycan mətbuatı 151 yaşında!

22 İyul 2026 00:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri