Icma.az
close
up
RU
Düşmənin müdafiə xəttini yaran tankçı Amid Heydərovun xatirəsi anılıb VİDEO

Düşmənin müdafiə xəttini yaran tankçı Amid Heydərovun xatirəsi anılıb VİDEO

Icma.az bildirir, Azertag portalına istinadən.

Lerik, 3 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Müzəffər Azərbaycan Ordusunun işğalçı düşmən üzərində Qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsində son nəfəsinədək döyüşən igidlərdən biri də mayor Amid Heydərov olub. Bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun anım günüdür. Doğulduğu Lerik rayonunda şəhid Amid Heydərovun anım günü ilə bağlı tədbir keçirilib. Anım mərasimində 32 yaşında hərbi hissə komandiri olan qəhrəmanın şərəfli ömür və döyüş yolundan danışılıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Əkbərov, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, habelə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Sonra iştirakçılar şəhidin ata ocağına gələrək şəhidin xatirəsini əks etdirən eksponatlarla tanış olublar.

Daha sonra şəhid Amid Heydərovun həyatı və döyüş fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. 32 yaşında hərbi hissə komandiri olan Amid Heydərov Vətən müharibəsi zamanı hücum əmri veriləndə tankı ilə birgə düşmənin müdafiə xəttini yaran ilk cəsur döyüşçülərimizdən biridir. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəman mayor öz heyəti ilə yüksəklikləri atəşə tutaraq düşmənə mövqe əldə etməyə imkan verməyib, son mərmisinədək, son nəfəsinədək rəşadətlə vuruşub. O, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 3-də bu istiqamətdə baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Şəhidin atası Rəbbil Heydərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhadətə yüksələn şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi daim dövlətin diqqət mərkəzində saxlanılır.

Amid Heydərovun döyüşlərdə göstərdiyi şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Dövlət başçısının müvafiq sərəncamları ilə ona ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri