Icma.az
close
up
RU
Düsseldorf və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib

Düsseldorf və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyanın Düsseldorf və ətraf şəhərlərindəki Azərbaycan icmasının üzvləri ilə görüşüb. SİA xəbər verir ki, Almaniyanın 25-dən çox şəhərindən 200-dən artıq soydaşımızın iştirak etdiyi görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi dərin ehtiramla yad olunub.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev görüş iştirakçılarını təşkilatın işi barədə məlumatlandırıb, Alyansın səmərəli fəaliyyətində bu ölkədə yaşayan soydaşlarımızın müstəsna xidmətləri olduğunu qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımıza diaspor işinə verdikləri töhfələrə görə təşəkkür edib, komitənin və diasporun həyata keçirdiyi uzunmüddətli layihələr, xaricdəki Azərbaycan evləri, Koordinasiya şuraları, həftəsonu məktəbləri, soydaşlarımız arasında icmalaşma prosesinin uğurla getməsi və diaspor fəaliyyətinin digər vacib istiqamətləri barədə danışıb.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək yeni səviyyəyə yüksəldildiyi, məzmunca dərinləşdiyi, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğu nəzərə çatdırılıb.

Mədəniyyətimizin dünyada tanıdılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərinin danılmaz olduğu və xaricdəki soydaşlarımızın bu xidmətləri yüksək qiymətləndirdiyi vurğulanıb.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü, “Muğam” Alman-Azərbaycan Musiqi Birliyinin rəhbəri, pianoçu Səbinə Məmmədova çıxışında dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi istiqamətində görülən işlərdən danışıb, diaspora göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə edib.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs edən videoçarxlar nümayiş olunduqdan sonra soydaşlarımızın sualları cavablandırılıb, icma fəaliyyətinin inkişafına müasir konseptual yanaşma ilə bağlı təkliflər səsləndirilib, perspektivlər geniş müzakrə olunub.

Tədbir bədii hissəsində sripka ifaçıları Fərhad Qarayusifli, Anne-Heloise Gevers, Almaniyada yaşayan bəstəkar, müğənni və multiinstrumentalist Seyran İsmayılxanov, İtaliyada yaşayan opera ifaçısı, mezzo-soprano Çinarə Şirinova, pianoçu Səbinə Məmmədova, Muğam Televiziya Müsabiqəsinin laureatı Vüsalə Cabirin ifaları və zövq oxşayan musiqilər alqışlarla qarşılanıb.

Son illər Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla sistemli şəkildə görüşlər təşkil edir. Belə görüşlərdə soydaşlarımızın təklif və problemləri dinlənilir, vahid diaspor şəbəkəsinin yaradılması istiqamətində görülən işlər təhlil olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri