Icma.az
close
up
RU
Düşüncəni yönləndirən MİSTİK İNANCLAR: İlan uğur gətirəcək, yoxsa… Yeni Çağ Media

Düşüncəni yönləndirən MİSTİK İNANCLAR: İlan uğur gətirəcək, yoxsa… Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

Adətən, yeni il gələndə hər kəs ilin hansı heyvan üstündə təhvil olacağına xüsusi diqqət yetirir və həmin ilin necə keçəcəyi ilə bağlı özü üçün araşdırma aparır. Kimisi “bu il mənim üçün düşərli olacaq”, kimisi də əksinə, “bu il mənə uğur gətirməyəcək” düşüncəsinə köklənir. Bu, pozitiv, yaxud da neqativ düşüncə isə ilboyu onun yaşamına təsirsiz ötüşmür.

Neqativə köklənən ilboyu neqativ, pozitivə köklənən isə ilboyu uğurlu hadisələrlə qarşılaşır.

Bəs, əslində, düşüncələrimizi necə yönləndirməliyik?

Yenicag.az-a açıqlama verən tanınmış psixoloq Ülviyyə Murtuzova insanların ilin hansı heyvan üstündə təhvil olunmasına kökləməsini mistik inanc adlandırıb.

“Təbii ki, astroloji göstəricilər, bürclər, ilin hansı heyvan üzərində təhvil olunması, “bu, mənim ilimdir, bu il uğurlu olacaq”, yaxud da “bu il mənim ilim deyil, düşərli olmayacaq” deyə düşüncələr insanda özünəinam hissinin aşağı olmasının birbaşa göstəricəsidir. İnsanda emosional düşüncənin dayanıqlıq gücü deyilən bir şey var. Bu dayanıqlıq gücümüz zəiflədikcə, biz artıq yaşadığımız həyat, düşdüyümüz situasiyalar, qarşılaşdığımız problemlərin səbəbini kənarda axtarmağa və kimlərisə, nələrisə günahlandırmağa başlayırıq. Bu da, bir növ məsuliyyətdən qurtuluş və özümüzə təsəlli verməkdən başqa bir şey deyil”.

Həmsöhbətimiz əlavə edib ki, insan həyat tərzini özü formalaşdırır:

“İnsanın çıxdığı bir yolda mövqe sərgiləməsi, qətiyyətli, mübariz, iddialı olması onun yaşam tərzinin reallaşmasına təsir edən amildir. Yəni mən öz həyatmı necə qururamsa, məqsədlərim varsa, bu məqsədlərlə yola çıxıramsa, demək ki, buna nail olmaq şansım daha çoxdur. Düşüncələrini də buna kökləyir: bunu birinci düşüncəmdə, ikinci danışığımda, üçüncü əməlimdə gercəkləşdirəcəyəm. Yəni nəyi düşünürsə, nəyə fokuslanırıqsa, ona da nail oluruq. Məsələn, kimsə deyirsə ki, bu il yaxşı il olmayacaq, dərhal bunu düşüncəmizə daxil edirik və artıq neqativə köklənirik. Buna görə də reallıq anlayışı insanın öz düşüncəsi üzərindən qurulan həyat tərzidir. İnsanlar, gərək. özlərini buna fokuslasınlar: hər dəqiqəmiz, saniyəmiz, anımız, yeni başlanan hər günümüz gözəldir. Ayın, günün pisi ola bilməz. Sadəcə olaraq, onu pisləşdirən və neqativ düşünən insanlar ola bilər”.

Cəvahir

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 29 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri