“Düşündük ki, halallaşmağa gəlir” “Xəmsə” Adil Şükürov haqda
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Ötən gün “Qəbələ” önündə darmadağın olan (0:3) “Kəpəz”in baş məşqçisi Adil Şükürov oyundan sonra azarkeşlərdən biri ilə qalmaqal yaşadı. Onun gəncəli azarkeşlə dialoqu şok effekti yaratdı: “Sən məni evə göndərəcəkdin? Evində yer var?”
Təbii ki, ağlı başında olan hər kəs mütəxəssisin nə demək istədiyini anlayır. Biz bu qalmaqalla bağlı “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədovun fikrini öyrəndik:
“O tribunaya yaxınlaşanda uşaqlara sakit durmağı tapşırdıq, düşünürdük ki, halallaşmağa gəlir. O anda artıq-əskik hərəkətlər gördük. Əlbəttə, söyüş söyən adam, yəqin ki, cavabı da olacağını əvvəlcədən düşünmüşdü. Gedəcəyini nəzərə alıb, rəhbərliyə nəsə demədik. Hər il belə dönəmdə ortaya eyni sual çıxıb və heç vaxt kimin gətiriləcəyinə qarışmamışıq. İndiyə kimi verilən qərarlar düzgün olub, gələn baş məşqçi komandanı liqada saxlamağı bacarıb. İnanmaq istəyirik ki, yenə də rəhbərlik düzgün qərar verəcək”.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 21 Sentyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















