Düşündük ki, indi Yaşar Nurinin ailəsi ilə mübahisə başlayacaq...
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Hazırda Prezident İlham Əliyevin bağışladığı mənzildə yaşayıram. Əvvəl ulu öndər Heydər Əliyev dördüncü mikrorayonda mənzil bağışlamışdı. Həmin binada mərhum aktyorlar Yaşar Nuri, Səməndər Rzayev, Əliabbas Qədirovla qonşu idik. Onlar evlərini təmir elətdirib məndən mənzillərinə öncə köçmüşdülər. Məndə kiçik məsələlər var idi, onu düzəltmək üçün bir az sonra mənzilə köçdüm".
Ölkə.Az xəbər verir ki, bu sözləri Xalq artisti Rafiq Əzimov "Teleqraf"a müsahibəsində xatirələrini bölüşərkən deyib.
"Bir erməni santexnik usta kranı evimdə açıq qoyub getmişdi. Su Yaşar Nurinin evinə axmışdı.
Gecə həyat yoldaşımla suyu təmizlədik. Düşündük ki, indi Yaşar Nurinin ailəsiylə mübahisə başlayacaq. Gecə saat 1-in yarısında Naşar Nuri evimə gəldi. Qapını açdım və gördüm ki, Yaşar Nuri gülür. Əlində bir şüşə konyak, meyvələrlə gəlmişdi. Dedim, Yaşar, söyməyə gəlmisən. Cavab verdi ki, yox, vurmağa gəlmişəm. Qonşu qonşunun başına su tökmədi nə ləzzəti?
Bunu Yaşar Nuri ölənə qədər danışırdı. Mən də hər söhbət düşəndə danışıram".
R.Əzimov mərhum həmkarları haqqında söhbət açarkən onların intizarını çəkdiyini dilə gətirib: "Çox böyük sənətkar idilər, indi sağıma-soluma baxıram, onları görmürəm. Səməndər Rzayev, Yaşar Nuri, Həsənağa Turabovun nə yaşı var idi ki, haqq dünyasına qovuşdular? Azərbaycan teatrının sütunları idilər. Həmişə onların intizarını çəkirəm. Bu gün yaşasaydılar, Azərbaycan mədəniyyətinə töhfələri daha çox olardı. Onların yoxluğuna heyifsilənirəm, qəhərlənirəm".
Qeyd edək ki, Rafiq Əzimov Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Xalq artistidir.
Baxış sayı:128
Bu xəbər 22 Fevral 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















