“Düşündüm ki, artıq qələbə qazanmışıq” Sxadadze
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – “Sabah” oyunundan (3:3) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Maraqlı oyun oldu. Çoxlu qol epizodları və qollar oldu. “Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Futbolçularım xarakter göstərdilər. Çempionatda da belə oyunlara ehtiyacımız var. Hədəfimiz liqada qalmaqdır. Növbəti oyuna hazırlaşacağıq və rəqib yenə “Sabah” olacaq.
– Rza Cəfərov niyə oynamadı?
– Səlahət Ağayev son iki oyunda yaxşı çıxış etdi. Ona görə bu gün ona şans verdik və pis təsir bağışlamadı.
– Nəzərə alsaq ki, penaltilərdə “Qəbələ” bu mövsüm elə də ürəkaçan təsir bağışlamır. Penaltilər seriyasına gedəndə nə düşündüz?
– Düzünü desəm, düşündüm ki, artıq qələbə qazanmışıq. Güman edirdim ki, penaltilər seriyasında yaxşı çıxış edəcəyik. Son iki çempionat oyununu nəzərə alsaq, bu oyunda belə gözləmirdim. Penaltilər məsələsi psixoloji məsələdir. Murad Musayev həmişə fərqli küncə vurur, bu dəfə alınmadı. Mən özüm də onun vurduğu penaltiyə təəccübləndim. Məşqlərdə etdiklərini psixoloji səbəbdən bu gün icra edə bilmədilər. Futbolçulardan öncədən soruşuruq ki, kim penaltini vurmaq istəyir.
– Ba Luanın oyununu necə dəyərləndirirsiz?
– Ba Lua çox vacib oyunçudur. Əlbəttə ki, qış hazırlıq toplanışında bizlə birlikdə olsaydı, daha hazır olardı. Qırmızı vərəqə epizoduna gəldikdə isə, epizodu AFFA özü aydınlaşdırmalıdır. Mənə elə gəlir ki, oyun epizodundan öncə qayda pozuntusu vardı. Həm də istərdim araşdırsınlar. Hakimlərin yanaşması fərqli ola bilər. Onsuz da geriyə dönən deyilik. Daha bir məqamda Akinadenin üzünə zərbə oldu. Şəxsi düşüncəmə görə həmin epizodda qırmızı vərəqə var idi. Bu da araşdırmalıdır.
– Yəqin ki, bu gecə yata bilməyəcəksiniz və yaxud gec yatacaqsınız. Bu xoşbəxtlikdən olacaq, yoxsa məyusluqdan?
– Futbolçu vaxtlarımda da, indi də oyunlardan sonra yata bilmirəm. (gülür). Bu adrenalindir. İstərdim ki, başa düşəsiz ki, məğlub olmaq olar. Amma bu cür oyun, xarakter göstərmək asan deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 05 Mart 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















