Icma.az
close
up
RU
Düşündüm ki, Lalənin mənimlə olan ədəbsiz şəkillərini onun telefonundan silərəm

Düşündüm ki, Lalənin mənimlə olan ədəbsiz şəkillərini onun telefonundan silərəm

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yevlax rayonunda gənc oğlan qeyri-rəsmi ər-arvad münasibətində olduğu qıza xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Bəhruz arvadı Elmira (adlar şərtidir – red.) ilə mübahisə edib. Onların mübahisəsinə səbəb isə Bəhruzun başqa bir qadınla münasibətdə olması olub.
Belə ki, məlum hadisə günü, gecə saat 2 radələrində birgə yaşadıqları evdə Bəhruzun qeyri rəsmi ər-arvad münasibətində olduğu Elmira onun mobil telefonuna baxarkən, telefonun fotoşəkillər bölməsində onunla aralarında sevgi münasibəti olan digər qadının fotosunu görüb. 
Elmira həmin fotonu mobil telefondan sildiyini görən Bəhruz onunla mübahisə yaradıb. Baş vermiş mübahisə zamanı Bəhruz bıçaqla qadının bədən nahiyəsinə ardıcıl bıçaq zərbələri vurub. 
İş üzrə izahat verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Elmiranı təxminən 5 il əvvəl tanıyıb və onunla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayıblar:
“Bir müddət əvvəl Bakı şəhərində Lalə adlı qızla tanış oldum və bir-birimizi sevdik. Mən birinci münasibətdə olduğum Elmira barəsində də ona danışdım. Lalə də bunu bilə-bilə məni qəbul etdi və biz gələcəkdə ailə qurmaq istədik. Lakin Elmira bununla barışmadı və mənim Lalə ilə ailə qurmağıma imkan verməyəcəyini dedi. Sonrakı vaxtlarda Elmiraya ayrılacağımı dedim. Amma Elmira Lalənin şəkillərini paylaşacağı ilə məni hədələdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü Elmiraya zəng edib və onunla görüşmək istədiyini bildirib:
“Həmin gün saat 20 radələrində Elmiranı dəmir yolunun kənarından götürdüm və birlikdə yaşadığımız  evə apardım. Evdə Elmira ilə içmək üçün pivə aldım və fikirləşdim ki, Elmira pivə içərək sərxoş olar, mən də bundan istifadə edərək Lalənin mənimlə olan ədəbsiz şəkilləri onun mobil telefonundan silərəm. Həmin gün gecə saatlarına kimi Elmira pivə içərək sərxoş oldu. Elmiranın mobil telefonundan Lalənin şəkillərini sildim. Elmira bunu biləndə əsəbiləşdi və mənimlə mübahisə edərək ünvanıma nalayiq söyüşlər söydü. Mən də onun hərəkətlərindən əsəbiləşdim və evdə olan mətbəx bıçağını götürərək bir neçə dəfə qorxutmaq üçün onun bədəninin müxtəlif nahiyələrinə vurdum. Elmiranı vurduğum mətbəx bıçağını yaşadığım evin yaxınlığındakı su kanalına atdım”. 
Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti olmamasını və Amnistiya aktının təsiri dairəsinə düşdüyünü nəzərə alınmasını məhkəmədən xahiş edib. 
Zərərçəkmiş Elmiranın sözlərinə görə, təxminən 5 il əvvəl Bəhruz ilə tanış olub və onunla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayıblar: “Bizim münasibətlərimizi mənim və Bəhruzun ailə üzvləri də biliblər. Məlum hadisədən bir gün əvvəl Bəhruz mənə zəng edərək görüşmək istədiyini bildirdi. Mən razılaşdım və həmin gün saat 20 radələrində Bəhruz gələrək məni dəmir yolunun kənarından götürdü və birlikdə Bəhruzgilin evlərinə getdik. Bəhruz mənim mobil telefonumu götürərək Lalə ilə olan fotoşəkillərini telefondan silməsi üstündə aramızda mübahisə yarandı. Biz əvvəlcə sözlə mübahisə etdik. Daha sonra Bəhruz evdə olan mətbəx bıçağını götürərək üstümə gəldi və həmin bıçaqla çiyin, bud nahiyələrimə vuraraq xəsarət yetirdi. Orada olan şəxs bizi aralaşdırdı. Mən hər dəfə Bəhruza və onun bacısına demişəm ki, Bəhruz polisə düşməsin deyə onlarla razılaşmışam və xəstəxaya getməmişəm. Lakin yaralarım ağrıyır, mənə dərman almağa pul lazımdır. Buna baxmayaraq Bəhruzgil mənimlə maraqlanmadılar və bundan sonra onların hərəkətlərindən əsəbiləşərək Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək məlumat verdim”.
Yevlax Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Aprel 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri