Icma.az
close
up
RU
Düşündüyünüzdən qat qat çox vergi ödəyirəm Aynişan

Düşündüyünüzdən qat qat çox vergi ödəyirəm Aynişan

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Bu dəyişikliklər nəticəsində "reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları” (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) "Reklam haqqında” qanunun tənzimləmə dairəsinə daxil edilib. Bu tənzimlənmə o halda tətbiq ediləcək ki, reklam Azərbaycan ərazisində olan reklam istehlakçılarına ünvanlansın.
Dəyişiklik nəticəsində maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən şəxslərin statusu və onlar tərəfindən verilən rəqəmsal platforma reklamlarına dair tələblər müəyyən edilib. Qanuna yeni "rəqəmsal platforma təsirçisi” anlayışı gətirilib və onlar reklam subyekti kimi tanınıb. Bununla da reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilib.

AZXEBER.COM xəbər verir ki, qəbul olunan qanuna münasibətini bildirən blogger Aynişan Quliyeva illərdir ki, reklam qarşılığında qazandığı pula görə vergi ödəyicisi olduğunu bildirib:

"İllərdir sosial şəbəkədə etdiyim reklam işlərinə görə rəsmi şəkildə vergi ödəyirəm. Şəxsən öz adıma deyə bilərəm ki, il ərzində düşündüyünüzdən qat-qat çox vergi ödəyirəm. Dünən isə qanunvericiliyə yeni əlavələr edilib və bu prooses tənzimlənib".

Aynişan bildirib ki, yeni qanuna edilən dəyişiklik onların işinə ciddi təsir etməyəcək:

"Əsas təsir bu günə qədər bizim qonorarımızı qarşılaya bilməyənlərə olacaq. Biz bu günə qədər onlara - kiçik bizneslərə dəstək olurduq. İndi isə təəssüf ki, onlar üçün bu imkan daralacaq". 

Blogger bu xəbərə bəzilərinin sevinmələrini qəribə adlandırıb: "Bəzi insanların bu xəbərə sevinməsi qəribə və gülməlidir".

Günel Hüseynli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 May 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri