Icma.az
close
up
RU
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” Seyidov

“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” Seyidov

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

COP29 Konfransında iştirak etmək üçün Bakıya gəlmiş ABŞ konqresmeni Frank Pelonidən gözləntilər fərqli idi. O zaman-zaman Azərbaycan xalqını təhqir edib, ermənipərəst mövqe sərgiləyib. Ona görə də, Frank Pelonidən Azərbaycan xalqından üzr istəməsi, ölkəmizə qarşı iftira kampaniyalarına görə cavab açıqlaması gözlənilirdi. Bu adam ABŞ-da islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi ad çıxarıb. Onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“Peloni ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir. O, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik sərgiləyib”, - deyə o əlavə edib.

Komitə sədri bildirib ki, bu gün bütün dünyanın diqqəti Azərbaycandadır: “Dünyanın siyasi, ekoloji gündəmi Bakıda müzakirə edilir. Hazırda dünyada gedən proseslərin nəbzi Azərbaycandadır. Amerikada isə Demokratlar son prezident seçkilərində məğlub olmaqla siyasi arenadan ciddi zərbə alraq, kənarda qalıblar. Bu mənada Amerikalı konqresmen Frank Peloni kimi Azərbaycana neqativ gözlə baxmağa çalışan şəxslər dünyada gedən proseslərdən kənarda qalmaq istəmədiklərinə görə narahatdırlar. Onlar Bakıdakı COP29 tədbirlərinə gəlməsələr, nüfuzları heçə enəcəkdi. Bu kimi şəxslər bu səbəbdən Azərbaycana gəlmişdilər.

Onlar Azərbaycanla bağlı indiyə kimi başqa təsəvvürlərlə yaşayırdılar. Düşünürdülər ki, Azərbaycan balaca bir dövlətdir, o kimdir ki Amerikanın senatoruna nəsə desin, etiraz etsin. İddia edə bilərdilər ki, söymüşük, danlamışıq, əleyhinə qətnamələr imzalatdırmışıq, yaxşı eləmişik... İndi də durub Azərbaycana gedirik. Hətta deyə də bilərdilər ki, bizi COP29-a BMT çağırıb.

Peloni təsəvvür etmirdi ki, ictimai fikir, vətəndaş cəmiyyəti, beynəlxalq səviyyədə Azərbaycanın nüfuzu fonunda o, indi fərqli bir ölkə qarşılacaq”.

Səməd Seyidov hesab edir ki, Peloni Azərbaycana bir fikirlə gəlsə də, gördüyü mənzərə tamam fərqli oldu: “Düşünə bilərdi ki, köhnə bir Azərbaycanla qarşılaşacaq. Amma müasir bir Azərbaycan gördü. Azərbaycan bu gün öz sözünü cəsarətlə, ağılla, təmkinli səviyyədə və yüksək diplomatik prinsiplərə uyğun olaraq deməyi bacarır.

Peloniyə cavabı vətəndaş cəmiyyəti, sadə insanlar verdi. Hansısa senator, konqresmen və ya ölkə başçısı Azərbaycanın maraqlarına müdaxilə edə bilməz”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 19 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri