Düşünürdük ki, ikinci hissədə birinci yarıdakı kimi oynamayacaqlar Rəşad Sadıqov
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
"Zirə" Misli premyer-liqasının evdə keçirilən 21-ci tur matçında "Qarabağ"ı məğlub etdi - 3:2.
"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Çox dramatik oyun keçirdik. İlk dəqiqələrdə yaxşı təsir bağışlasaq da, sonradan iki qol buraxdıq. Futbolçularım ikinci hissədə daha yaxşı performans sərgilədi. Təslim olmadıq. Sona qədər qələbə uğrunda mübarizə apardıq. Üç qol vurduq və lazım olan xalları qazandıq. Üç gün sonra ölkə kubokunda "Araz-Naxçıvan"la üz-üzə gələcəyik. Qələbəni qeyd etməyə vaxtımız yoxdu. Kubok matçına köklənməliyik.
- Dediyiniz kimi, komandanız ikinci yarıda daha yaxşı oynadı. Fasilədə futbolçulara hansı tapşırıqları verdiz?
- "Qarabağ"ın çox sıx qrafikdə oynadığını unutmamalıyıq. Düşünürdük ki, ikinci hissədə birinci yarıdakı kimi oynamayacaqlar. Düzdü, bunu o qədər də hiss etmədik. Çox fəal çıxış etdilər. Lakin hər şey bizim üçün uğurlu alındı. Futbolçularım inamlı və əzmkar oynadı. Hər birinə təşəkkür edirəm.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Fevral 2025 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















