Icma.az
close
up
RU
Düşünürəm ki, bu, Türkiyə və İsrail arasında vasitəçilik missiyası olub

Düşünürəm ki, bu, Türkiyə və İsrail arasında vasitəçilik missiyası olub

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər veridyimiz kimiAzərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siya, sət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Prezidenti İshaq Hersoqla görüşüb.

Milli.Az sözügedən mövzu barədə jurnalist Azər Həsrətin yazısını təqdim edir:

Bu günlərdə Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə səfəri oldu. Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyəsini nəzərə alaraq bunu adi bir səfər kimi də qiymətləndirmək olardı. Amma səfər dövründə Suriyada cərəyan edən proseslərə diqqət yetirdikdə, məsələnin belə bəsit izahı üçün əsas olmadığı aydın görünür.

Məlumdur ki, son 10 gündə Suriyada cərəyan edən proseslər həm Bəşər Əsəd rejiminin süqutu, həm də İran və Rusiyanın bu ölkədən çıxarılması ilə nəticələndi. Bir tərəfdən qardaş Türkiyə, digər tərəfdən də dost İsrail faktiki olaraq Suriyada həmsərhəd oldular. Təbii ki, hazırda Türkiyə ilə İsrail arasında mövcud gərginlik səbəbindən bəzi analitiklər bu iki ölkə arasında toqquşma baş verəcəyini də ehtimal etdilər.

Buna görə də düşünürəm ki, Hikmət Hacıyevin İsrailə səfəri zamanı üzərinə qoyulmuş vəzifələrdən biri də anlaşılmazlığın yaranmaması və mümkün insidentlərə yol verilməməsi üçün Türkiyə və İsrail arasında vasitəçilik missiyası olub.

Xatırlatmaq istərdim ki, Qəzza bölgəsində məlum 7 oktyabr hadisələrinə qədər məhz Azərbaycanın vasitəçiliyi ilə Türkiyə-İsrail münasibətlərində normallaşma yaranmışdı. Lakin Qəzza olayları duruma ciddi mənfi təsir göstərdi və iki ölkə arasında münasibətlər yenidən pozuldu. Hazırda da hadisələrin sürətli inkişafını, həm Türkiyənin, həm də İsrailin Suriyada mövqelər əldə etdiyini, digər tərəfdən İranın bu ölkədə hələ də təsir imkanlarını saxlamağa cəhdlər göstərdiyini nəzərə alaraq, belə bir missiyaya ehtiyac var idi. İndi müşahidə olunan nisbi sakitlik onu deməyə əsas verir ki, Hikmət Hacıyevin səfəri zamanı hələlik iki ölkə arasında maraqları uzlaşdırmaq və yaxud da onları mümkün gərginlikdən sığortalamaq mümkün olub.

Bu da onu deməyə əsas verir ki, Azərbaycan dünyanın gündəmini zəbt etmiş daha bir prosesə çox dəyərli töhfə verdi. Zənnimcə, ağıllı, uzaqgörən diplomatiya həyata keçirən Azərbaycanın artıq regional çərçivədən çıxaraq qlobal prosealərin fəal iştirakçısına çevrildiyini deyənlər heç də yanılmırlar.
 

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Dekabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see255

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see213

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see151

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see147

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see131

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see126

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see124

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri