Icma.az
close
up
RU
“Düşünürəm ki, bütün dünyada, hətta ən kiçik adada da məni daha çox tanıyırlar”

“Düşünürəm ki, bütün dünyada, hətta ən kiçik adada da məni daha çox tanıyırlar”

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Əl-Nəssr”in hücumçusu Kriştiano Ronaldo ABŞ prezidenti Donald Trampla görüşüb.

"Football-plus.az" xəbər verir ki, bu görüş Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Əl-Səudun Birləşmiş Ştatlara səfəri şərəfinə təşkil olunan axşam yeməyində gerçəkləşib.
“Oğlum indi atasına daha çox hörmət edir”
Tədbirdə, demək olar ki, Amerikanın bütün bomondu iştirak edib. Görkəmli qonaqlar arasında dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vens, ticarət naziri Hovard Lütnik, FİFA prezidenti Canni İnfantino, həmçinin Tim Kuk, İlon Mask, Ceff Bezos və Devid Saks da olub. Sonunсu Ronaldo ilə məhz portuqaliyalının çəkdiyi selfini də yayıb.
Kriştiano Trampdan çoxlu xoş söz eşidib. Prezident futbolçunu oğlu ilə tanış etdiyini də bildirib:

“Burda dünya liderlərinin bir çoxu toplaşıb – ulduzlar, idmançılar... Oğlun Ronaldonun böyük fanatıdı. Berron onunla tanış ola bildi, düşünürəm ki, o, indi atasına bir qədər daha çox hörmət edir. Sadəcə, ona görə ki, mən onları bir-biri ilə tanış etdim”.


Ronaldo sosial şəbəkə hesabında görüşü belə şərh edib:

“Təşəkkür edirəm, cənab Prezident, dəvətinizə və mənə, eləcə də gələcək həyat yoldaşım Corcinaya göstərdiyiz isti qəbula görə. Hər birimiz dünya üçün anlamlı bir şey edə bilərik və mən cəsarət, məsuliyyət və davamlı sülh üzərində qurulan gələcək üçün yeni nəsillərə ilham verməyə hazıram”.


Yeri gəlmişkən, Ronaldo bir müddət əvvəl Pirs Morqana verdiyi müsahibədə Trampla ünsiyyətdə olmaq arzusunu gizlətməmişdi. Futbolçu ABŞ prezidentini dünyanı dəyişməyə qadir olan şəxs adlandırmış, ortaq cizgiləri haqda danışmışdı. Kriştiano özünün prezidentdən daha çox tanındığını da bildirmişdi:

“Düşünürəm ki, bütün dünyada, hətta ən kiçik adada da məni daha çox tanıyırlar”.


Hücumçu iyunda Trampa Portuqaliya yığmasının üzərində avtoqrafı olan və “Sülh üçün oynayırıq” yazılan formasını da göndərmişdi. Tramp isə bu görüşdə futbolçuya Ağ Evin açarını bağışlayıb.
Səfərin pərdəarxası
Amerika mediası bunun Ronaldonun 2017-ci ildən bəri ABŞ-yə ilk səfəri olduğunu xüsusi vurğulayır. Ulduz forvard model Ketrin Mayorqanı zorlamasıyla bağlı ittihamlar üzündən uzun müddət idi bu ölkəyə səfərdən qaçırdı. Guya bu insident 2009-cu ildə Las-Veqasda baş verib. Futbolçu özü ittihamı rədd edir.
Nə qədər qəribə olsa da, şam yeməyində əsas diqqət Ronaldoya yox, şeyx Salmana yönəlib. Bu, jurnalist Camal Qaşıqçının 2018-ci ildəki qətli ilə bağlı yaranan diplomatik qalmaqaldan sonra Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin ABŞ-yə ilk səfəridi.
Xatırladaq ki, Salmanın qatı tənqidçisi kimi tanınan Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı səfirliyinin ərazisində amansızcasına qətlə yetirilib, onun cəsədi hissələrə bölünərək səfirlik ərazisindən çıxarılıb. Amerika kəşfiyyatının məlumatına görə, şeyx Salman əməliyyata xeyir-dua verib, baxmayaraq ki, hər şeyi inkar edir.
Hazırda ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı gərginlik aradan qalxıb. Elə bu səfər vaxtı da reportyorlar Qaşıqçı mövzusunu yada salanda Tramp Salmanı müdafiə edib:

“Birmənalı qiymətləndirilməyən adamı xatırladırsız. Haqqında danışdığınız cənab çoxlarının xoşuna gəlmirdi. Hər şey olur. Ancaq şeyx Salmanın bununla bağlı heç nədən xəbəri yoxdu. Qonaqlarımızı çətin vəziyyətdə qoymağınıza dəyməz”.


Şeyx Salman özü başverənləri faciə və səhv adlandırıb, onu da deyib ki, bir daha belə hadisənin təkrarlanmaması üçün tədbirlər görülüb.
Görüşün yekunu
Səudiyyə Ərəbistanının nümayəndə heyətinin səfəri uğurlu olub: tərəflər müdafiə sahəsində əməkdaşlıqla bağlı müqavilə imzalayıb, həmçinin ərəblərin Amerika iqtisadiyyatına trilyon dollar investisiya yatırması ilə bağlı razılığa gəlib.
Şeyx Salman futbola fəal şəkildə yatırım etməsi ilə də tanınır. Onun nəzarət etdiyi Səudiyyə Ərəbistanının Suveren fondu Pro-liqa komandalarına, o cümlədən Ronaldonun şərəfini qoruduğu “Əl-Nəssr”ə də sponsorluq edir, 2023-cü ildə isə “Nyukasl”ı alıb. Şeyxin canfəşanlığı Səudiyyə Ərəbistanının 2034-cü ildə keçiriləcək dünya çempionatının təşkilatçılığı uğrunda mübarizədən qalib ayrılmasına səbəb olub. Ronaldo da bu ölkənin sifariş ərəfəsini fəal şəkildə dəstəkləyib, bu məqam isə futbolçu ilə vəliəhd şahzadə arasındakı xoş münasibətlərdən xəbər verir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Noyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri