Icma.az
close
up
RU
“Düşünürəm ki, Ovi bununla bağlı qarışıq hisslər keçirir”

“Düşünürəm ki, Ovi bununla bağlı qarışıq hisslər keçirir”

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

MHL-də artıq Stenli kuboku uğrunda mübarizə başlayıb. Amma liqanın əsas ulduzlarından birinin – Aleksandr Oveçkinin növbəti mövsüm olub-olmayacağı hələ də bəlli deyil.

"Football-plus.az" xəbər verir ki, rusiyalı ulduzun şərəfini qoruduğu “Vaşinqton”un prezidenti Brayan Maklellan onun komanda üçün önəmindən danışıb:

“Düşünürəm ki, onun varlığı ölçüyəgəlməzdi, getməyə qərar verərsə, böyük itki olacaq. Şəxsiyyət, liderlik keyfiyyətləri baxımından. Görürsüz ki, o öz böyüklüyünü komandanın təyyarəsinə, avtobusuna, paltardəyişmə otağına, oyunöncəsi isinmə hərəkətlərinə daşıyır. Ovinin varlığı böyükdü, açıq-aşkar hiss olunur. Oveçkinin karyerasını davam etdirib-etdirməyəcəyinə MHL-in marağı? Bu il əsasən bu məsələyə görə milli televiziyada tez-tez göründük”.


Maklellan Oveçkinin karyerasını bitirməklə bağlı mümkün qərarından da danışıb:
“Bilmirəm. Düşünürəm ki, Ovi bununla bağlı qarışıq hisslər keçirir. Şəxsi fikrimi bilmək istəyirsizsə, karyerasını bitirmək qərarı istənilən hokkeyçi üçün çətindi. Hələ mən Oveçkin çapındakı oyunçunu demirəm. Necə getməli? Mən bu haqda nə düşünürəm? Cavab vermək çətindi”.
Xatırladaq ki, 2005-ci ildən “Vaşinqton”un şərəfini qoruyan 40 yaşlı Oveçkinin müqaviləsinin müddəti bu mövsümün sonunda bitəcək. Rusiyalı hücumçu 2025/26 mövsümündə keçirdiyi 82 oyunda 64 (32+32) xal toplayıb.
Konfrans 1/4 finallarının axarına gəlincə, “Filadelfiya” “Pittsburq”, “Karolina” “Ottava”, “Kolorado” “Los-Anceles” ilə seriyada böyük üstünlük qazanıb. “Pittsburq” “Filadelfiya” ilə seriyanın 3-cü oyununda uduzdu və hadisələrin axarını dəyişməsi çətin görünür. “Pinqvinlər”in dünyaca məşhur hücumçusu Sidni Krosbi dünən 2:5 uduzduqları oyunda məhsuldar ötürmə verməklə builki Stenli kubokunda ilk xalını topladı. Pley-offda keçirdiyi 183 oyunda 202 (71+131) xal toplayan 38 yaşlı kanadalı bu göstəricidə 5-ci pilləyə yüksəldi. O, Stenli kuboku uğrunda keçirdiyi 208 oyunda 201 (78+123) xal toplayan Yaromir Yaqrı arxada qoydu. 4-cü pillədə qərarlaşan Qlenn Andersonun 214 (93+121) xalı var. Bu göstəricidə rekordçu Ueyn Qretskidi – 382 (122+260) xal.
konfrans 1/4 finalları
21 aprel

Pittsburq – Filadelfiya 0:3 (0:0, 0:2, 0:1)
Seriyada hesab – 0:2.
Karolina – Ottava 3:2 OT (1:0, 1:2, 0:0, 1:0)
Seriyada hesab – 2:0.
Dallas – Minnesota 4:2 (1:1, 1:0, 2:1)
Seriyada hesab – 1:1.
Edmonton – Anahaym 4:3 (2:0, 0:3, 2:0)
Seriyada hesab – 1:0.
22 aprel
Tampa-Bey – Monreal 3:2 OT (1:1, 0:1, 1:0, 1:0)
Seriyada hesab – 1:1.
Baffalo – Boston 2:4 (0:0, 0:3, 2:1)
Seriyada hesab – 1:1.
Veqas – Yuta 2:3 (1:1, 1:1, 0:1)
Seriyada hesab – 1:1.
Kolorado – Los-Anceles 2:1 OT (0:0, 0:0, 1:1, 1:0)
Seriyada hesab – 2:0.
23 aprel
Filadelfiya – Pittsburq 5:2 (0:1, 3:0, 2:1)
Seriyada hesab – 3:0.
Minnesota – Dallas 3:4 OT (1:2, 2:0, 0:1, 0:1)
Seriyada hesab – 1:2.
Edmonton – Anahaym 4:6 (1:1, 2:3, 1:2)
Seriyada hesab – 1:1.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Aprel 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri