“Düşünürəm ki, “Qarabağ” Neapolda uduzmayacaq” Brilliant Dadaşovanın Ə AÇIQLAMASI
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Napoli” - “Qarabağ” matçının startı yaxınlaşdıqca, həm futbol mütəxəssisləri, həm də azarkeşlər bu qarşılaşmanın hansı hesabla yekunlaşacağı barədə müxtəlif proqnozlar səsləndirirlər.
Maraqla gözlənilən qarşılaşmaya Azərbaycanın Xalq artisti Brilliant Dadaşova da biganə deyil.
O, qarşılaşma ilə bağlı proqnozunu İdman.Biz saytı ilə bölüşüb.
“Komandamız əvvəlki dörd qarşılaşmada göstərdi ki, ona hətta ən güclü rəqib belə qorxulu deyil. Çempionlar Liqasının son oyununda “Çelsi” ilə 2:2 hesablı heç-heçə bunun bariz nümunəsidir. Əminəm ki, “Napoli” ən azı “Çelsi”dən zəif deyil. “Qarabağ”ın bərabər səviyyədə mübarizə aparacağını və uduzmayacağını düşünürəm. Üstəlik, futbolçularımız səfər oyunlarında uğurlu çıxış edirlər. İçimdə bir hiss var ki, matçın hesabı 2:2 olacaq”, - deyə Brilliant Dadaşova bildirib.
Vüqar Vüqarlı
Baxış sayı:37
Bu xəbər 25 Noyabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















