“Düşünürəm ki, stadionda bu atmosfer olmasaydı, fərqli nəticə qeydə alına bilərdi”
Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Levski”yə (Bolqarıstan) qarşı keçirdikləri səfər oyunundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
İdmanxeber.az xəbər verir ki, o, 0:1 hesablı yenilgini belə şərh edib:
“Oyun yetərincə çətin keçdi. Belə olacağını əvvəldən bilirdik. Planlı şəkildə mübarizə aparırdıq və futbolçularımız son dəqiqəyə qədər bunu bacardılar. Təəssüf ki, qarşılaşmanın son saniyəsində qapımızda qol gördük. “Levski” yüksək səviyyəli komandadır. İlk hissədə oyuna nəzarət bizdə idi. Bir qədər daha soyuqqanlı ola bilsəydik, ən yaxşı nəticəni qazanardıq. Ümumilikdə onu deyə bilərəm ki, bərabər səviyyəli görüş oldu. İkinci hissədə fərqlənmək üçün şanslarımız vardı. Cavab oyununda qələbə qazanacağımıza inanıram.
İkinci hissədə rəqib baş məşqçisinin pressinqə qarşı bir həll tapacağını və bizi pressinqdən kənarlaşdırmaq üçün yollar axtaracağını gözləyirdik ki, elə də oldu. Xüsusən də oyunun 60-cı, 68-ci dəqiqələrinə qədər Everton Balla daha dərin oynadı və orada əlavə oyunçu üstünlüyü yaratdı. Biz həmin anda bir az kompaktlığımızı itirdik və “Levski” üstünlük qazandı. Amma bundan sonra öz həll yollarımızı tapdıq və oyunun bərabər səviyyədə davam etdiyini düşünürəm. Əlbəttə, stadiondakı atmosfer möhtəşəm idi. Bu, ev sahibi komanda üçün böyük üstünlük sayılırdı. Düşünürəm ki, stadionda bu atmosfer olmasaydı, fərqli nəticə qeydə alına bilərdi”.
Qeyd edək ki, “Levski” – “Sabah” görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı avqustun 14-də keçiriləcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 08 Avqust 2025 07:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















