Icma.az
close
up
RU
Düz bağırsaq sallanması. SƏBƏBLƏR və MÜALİCƏSİ

Düz bağırsaq sallanması. SƏBƏBLƏR və MÜALİCƏSİ

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Düz bağırsaq yoğun bağırsağın ən aşağı hissəsidir, uzunluğu 12-15 sm-ə çatır, onun davamı anal kanal və anal dəliklə bitir.

Anal kanal bir sıra bağ və əzələlərin köməyi ilə çanağa təsbit olunur. Həmin əzələ-bağ aparatının zəifləməsi rektal prolapsa (bağırsaq sallanmasına) səbəb olur.

Rektal prolaps - latınca "prolapsus recti" və ya düz bağırsaq sallanması anal dəlikdən düz bağırsağın tam və ya hissəvi xaric olması ilə xarakterizə olunan xəstəlikdir.

Düz bağırsaq sallanmasına səbəb olan amillər:

- Çanaq dibinin əzələ quruluşunun patoloji dəyişilməsi;

- Qarındaxili təzyiqin artması;

- Anal sfinkterin tonusunun zəifləməsi;

- Arxa Duqlas boşluğunun, yəni düzbağırsaq-uşaqlıq çuxurunun normadan dərin olması;

- Düzbağırsağı saxlayan əzələlərin zəifləməsi;

- Bağırsaq çözünün uzanması;

- Daimi uzun müddətli qəbizlik;

- S-ə bənzər bağırsağın uzanması;

- Oma və büzdüm sümüyünün vertikal yerləşməsi;

- Onurğa beynin bel-oma nahiyyəsinin zədələnməsi;

- İrsi meyillik;

- Qadınlarda ağır doğuş;

- Qeyri-düzgün cinsi oriyentasiya.

Əlamətləri

Düz bağırsaq sallanmasının kliniki təzahürləri tədricən və ya qəflətən inkişaf edə bilər. Xəstəni ilk olaraq anal dəlik nahiyyəsində yad cisim hissiyyatı, diskomfort, daimi yalançı defekasiya çağırışı (tenezm hissi), qaz və ya nəcis xaric olan zaman ağrılar narahatlıq yaradır. Düz bağırsağın selikli qişası xaric olanda bağırsaq çözü dartıldığına görə bəzən hətta şoka və ya kollapsa səbəb olan kəskin ağrılar müşahidə edilir. Xəstəlik əsasən gedişatına görə bir neçə mərhələdə inkişaf etsə də, bəzən həddən artıq fiziki gərginlik, qarındaxili təzyiqin kəskin artması və s. səbəblərdən düz bağırsaq ən ağır formada anal dəlikdən xaric olur.

İlkin mərhələdə düz bağırsağın ancaq selikli qişasının kiçik bir hissəsi defeksiya aktında xaricə çıxır və öz-özünə geriyə qayıdır. İkinci mərhələdə gücənmə vaxtı düz bağırsağın selikli qişası bütünlüklə çevrilərək anal dəlikdən xaric olur, çətinliklə də olsa öz-özünə geriyə qayıdarkən damarlar zədələndiyinə görə yüngül qanama müşahidə edilir. Üçüncü mərhələdə təkcə gücənmədə deyil, fiziki yük qaldıranda, gərginlik keçirəndə, hətta öskürmə və asqırma zamanı da düz bağırsağın selikli qişası anal dəlikdən xaric olur. Selikli qişa üzərində qansızmalar daha da artır, eroziv zədə nahiyələri əmələ gəlir, qanaxma müşahidə edilir. Qeyri-iradi nəcis və qaz ifrazı baş verir, düz bağırsaq ancaq kənar müdaxilə ilə geriyə qaytarılır.

Daha ağır hal olan dördüncü mərhələdə yerimə zamanı və hətta ayaq üstə duranda düz bağırsaq yoğun bağırsağın S-ə bənzər hissəsilə birlikdə xaric olur. Həmin vaxt selikli qişa üzərində nekrotik sahələr, anal dəlik ətrafında hissiyyatın pozulması və güclü qaşınma müşahidə edilir, bağırsağın geriyə qaytarılması isə cərrahi müdaxilə tələb edir.

Xəstəlik daha çox 4 yaşına qədər uşaqlarda əsasən uzunmüddətli qəbizlik və bağırsaq infeksiyaları zamanı müşahidə edilən kəskin ishallar nəticəsində baş verir. Uzun müddət həddən artıq gücənmə ilə müşahidə edilən həmin hallar zamanı uşaq güvəcdən durarkən anus ətrafında çox qısa müddətdə al-qırmızı rəngdə selikli qişa görünür. Xəstəliyin ilkin əlaməti olan həmin hal valideynin diqqətini cəlb etməli və dərhal həkimə üz tutulmalıdır.

Rektal prolaps və hemoroy bəzən qanaxma, anal dəlikdən toxumaların xaric olması kimi oxşar xüsusiyyətlər daşıyır. Hemoroy zamanı anal dəlikdən genişlənmiş venoz düyünlər xaric olur. Onlar bir-birindən xaric olan selikli qişanın üzərindəki büküşlərə fikir verərkən ayırd edilir. Düz bağırsaq sallanması zamanı büküşlər köndələn, hemoroidal düyünlər zamanı isə boylama yerləşir.

Müalicəsi

Düz bağırsaq sallanmasının müalicəsi xəstəliyin gedişatı, mərhələsi, baş vermə səbəbi və xəstənin yaşından asılı olaraq konservativ və cərrahi ola bilər. Konservativ müalicə əsasən gənc və orta yaşlılarda xəstəliyin ilkin mərhələsi zamanı tətbiq edilir. Xəstəyə aralıq və canaq dibi əzələlərini möhkəmləndirən müalicəvi idman hərəkətləri, xüsusi masaj, düz bağırsaq nahiyyəsinə sklerozlaşdırıcı inyeksiyalar, fizioterapevtik müalicələr ilə yanaşı defekasiya aktını normallaşdıran və qəbizliyin qarşısını alan müalicə tətbiq edilir.

Xalq təbabəti reseptləri

- 1 çay qaşığı qurudulmuş bataqlıq kəcəvəri üyüdülür, üzərinə 1 stəkan soyuq su əlavə edilir. 12 saat dəmlənib süzüləndən sonra ilıq şəkildə qəbul edilir.

- 1 çay qaşığı aslanpəncəsi bitkisi üzərinə 2 stəkan qaynar su əlavə edilir, 15-20 dəqiqə dəmlələnəndən sonra süzülür, gün ərzində qəbul edilir.

- Qurudulmuş çobançantası otu soyuq suda yuyulur, xırdalanır, yarım litrlik şüşə qaba doldurulur və üzərinə onun 3/4 hissəsi qədər 40 faizli spirt əlavə edilir. Mütəmadi çalxalamaq şərti ilə qaranlıq yerdə 2-2,5 həftə saxlanandan sonra süzülür. Gün ərzində bir neçə dəfə hazırlanan cövhərlə anal dəlik nahiyəsinə təpitmə qoyulur.

- 1 çay qaşığı aptek çobanyastığı çiçəkləri üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15-20 dəqiqə dəmlənir. İsti şəklidə üzərində oturula bilən iri vannaya əlavə edilir. İsti yun şala bürünərək dəmləmənin buxarında oturulur.

- 1 xörək qaşığı adi dəlibəng üzərinə 1 stəkan qaynar su əlavə edilir, qaynar su hamamında 20 dəqiqə dəmlənir, 15 dəqiqə otaq temperaturunda soyudulur, süzülür. Alınan dəmləmə ağzıbağlı şüşə qabda 2 sutkaya qədər saxlanıla bilər. Həmin dəmləmə ilə yatmazdan əvvəl oturaq vanna, yuyunma və ya imalə edilir. İmalə üçün 1 istəkan ilıq suya 1 çay qaşığı dəmləmə əlavə edilir.

- Heyva şirəsi ilə düz bağırsağa təpitmə edilir.

- Qastren çayı dəmləməsi ilə oturaq vanna və ya imalə edilir.

- Bərabər miqdarda qurdpəncəsi kökü, dərman adaçayı yarpaqları, adi palıd qabığı, zəyərək toxumları qarışdırılır. Qarışıqdan 3 xörək qaşığının üzərinə 400 qram qaynar su əlavə edilir, qaynama həddinə çatdırılır, ocaqdan götürərək 12 saat dəmlənir, sonra yenidəm qaynama temperaturuna qədər zəif ocaqda qızdırılaraq süzülür. Bir hissə tənzif alınan dəmələmədə isladılaraq düz bağırsağa qoyularaq 4-5 saat saxlanır.

- Fitooil Vərəmumlu çaytikanı yağı ilə düz bağırsağa mikroimalə edilir.

Mənbə: Herba Flora jurnalı

 

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:286
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri