Düzgün ara məsafəsi saxlamayan “VAZ” sürücüsü “Toyota”nı vurdu REAL VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Heydər Əliyev prospektində baş vermiş yol qəzası anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 13-də saat 18:39 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, “Fiat Doblo” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sağa keçir. Bu zaman arxadan gələn “VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü düzgün ara məsafəsi saxlamadığı üçün maneəni vaxtında qiymətləndirə bilmir və öndə dayanmış “Toyota” markalı avtomobilə çırpılır. Hadisə nəticəsində hər iki maşına maddi ziyan dəyir.
Qeyd edək ki, ara məsafəsinin düzgün təyin olunması şəhərdaxili yollarda ən vacib təhlükəsizlik şərtlərindən biridir. Xüsusilə sürət dəyişkənliyi olan magistral yollarda sürücünün qarşıdakı avtomobilin manevrini əvvəlcədən görməsi və reaksiya verməsi üçün kifayət qədər məsafə saxlaması tələb olunur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 14 Noyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















