Icma.az
close
up
RU
Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm

Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm

Fanat saytına istinadən Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" dünən Sumqayıtda "Payde" ilə üz-üzə gəldi. Təmsilçimiz nə qədər üstün oyun nümayiş etdirsə də, qol imkanlarından yararlana bilmədi. İlk matçda məğlub olan "qartallar" (0:1) ev oyununu 1:1 hesablı bərabərliklə başa vuraraq turnirlə vidalaşdı. Azərbaycan millisinin sabiq yarımüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb cavab oyunu ilə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm. Yəni hələ erkən qol da vurduq. Ortalama olaraq yeddi-səkkiz qol imkanı yaratsaq belə, onun yalnız birini qola çevirə bildik. Taktiki olaraq hesab edirəm ki, ölkə təmsilçisi kifayət qədər doğru bir strategiya seçmişdi və düzgün də yerinə yetirirdi. Məşqçini qayğılandıran əsas məqamlardan biri qol imkanlarının yaradılmasıdır. Məncə, "Zirə" kifayət qədər qol epizodlarına girdi. Lakin ələ düşən fürsətləri reallaşdıra bilməməyinin səbəbini oyunçu keyfiyyəti ilə də əlaqələndirə bilmirəm. Məsələn, Eren Aydının ikinci hissədə yaxın məsafədən topu qapıya göndərə bilməməsini keyfiyyətlə əlaqələndirmirəm. Eləcə də həmin futbolçunun digər epizodda "doqquzluğ"a vurduğu top qapı tirindən qayıtdı, daha sonra xəttin üstünə dəyib qapıya girmədi. Yəni buna yalnız bəxtsizlik deyirəm.

İdeal oynadıqmı? Xeyr, yəqin ki, əla oynamadıq. Bu qədər öndə oynayırsansa, bu qədər riskli oynayırsansa, istər-istəməz rəqib bir-iki şans qazana bilir. "Payde"nin elə bu kiçik şansdan istifadə etməsi sonda hesabın bərabərləşməsi ilə nəticələndi və "Zirə" uduzan tərəf oldu".

Qeyd edək ki, "Payde" KL-in 3-cü təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

Əlisahib İbrahimli

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://fanat.az
archiveBu xəbər 31 İyul 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri