Dvalişvilinin məşqçisi: “Merab Nurməhəmmədovu revanşda məhv edəcək”
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yüngül çəkidə UFC çempionu gürcüstanlı Merab Dvalişvilinin məşqçisi Con Vud yetirməsinin rusiyalı Umar Nurməhəmmədovla potensial revanş döyüşü haqda danışıb.
İdman.biz-in məlumatına görə, “Submission Radio” YouTube kanalına müsahibəsində Vud Dvalişvilinin gələcək döyüşündən inamla bəhs edib:
“İnanıram ki, Merab Umarı revanşda məhv edəcək. İşlər Umar üçün ilk döyüşdə olduğundan daha pis gedəcək. O vaxt Merabın vəziyyəti daha pis idi, xəstəlikdən və travmadan əziyyət çəkirdi. Buna baxmayaraq, o, oktaqona girdi və işini gördü. Məncə, revanş daha sərt olacaq”.
Dvalişvili və Nurməhəmmədov bu ilin yanvarında UFC 311-də döyüşüblər. Gürcü döyüşçü yekdil qərarla qalib gəlib.
Baxış sayı:63
Bu xəbər 07 Oktyabr 2025 07:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















