Icma.az
close
up
RU
DVX I yarımildə 868 şəxsə ƏDV ni geri qaytarmaqdan imtina edib

DVX I yarımildə 868 şəxsə ƏDV ni geri qaytarmaqdan imtina edib

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə "ƏDV geri al" layihəsi çərçivəsində 2 665 müraciət daxil olub.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, bundan 1 768 müraciət üzrə 14,8 milyon manat vəsait vətəndaşlara ödənilib, 868 müraciətə isə müvafiq qaydaların tələblərinə əsasən baxılmaqdan imtina edilib.

Azərbaycanda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilir.

Hesabat dövründə müraciətlərin araşdırılması zamanı imtinaya səbəb olan bir sıra hallar müşahidə olunur. Dövlət Vergi Xidməti belə halları bir daha vətəndaşların diqqətini çatdırıb:

- son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması;

- ödənişin təyinatında e-qaimənin məlumatlarının əks edilməməsi;

- ödənişin tam və yaxud bir hissəsi başqa şəxslər tərəfindən həyata keçirildiyi halda ödəniş tarixinə nümayəndənin səlahiyyətini notarial qaydada təsdiq edən tibarnamənin olmaması;

- Ödəniş zamanı ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsi.

Alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənilməlidir.

Dövlət Vergi Xidməti mənzil tikintisi ilə məşğul olan şəxslərə müvafiq məlumat formalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunmasını tövsiyə edir.

Xatırladaq ki, ƏDV-nin bir hissəsinin qaytarılması dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 İyul 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see232

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see229

“Düşündüm ki, başqa yolum yoxdur” 55 yaşında tələbə oldu

26 Avqust 2025 16:18see209

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see149

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see138

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see136

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see136

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see131

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see129

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see128

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see128

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see124

Paşinyanın dostundan müharibə etirafı: “Müharibə 100 illik təxirə salınıb”

26 Avqust 2025 14:53see117

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

27 Avqust 2025 09:01see115

Şərqin nəcibliyi və Qərbin müasirliyini birləşdirən BİRİNCİ XANIM

26 Avqust 2025 09:09see114

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

27 Avqust 2025 03:04see113

Nazir, komitə sədri və... Onların qəbul günləri açıqlandı + CƏDVƏL

26 Avqust 2025 13:08see113

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

26 Avqust 2025 20:31see112

Türkiyədə quraqlıq TƏHLÜKƏSİ

26 Avqust 2025 18:33see112

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

27 Avqust 2025 19:24see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri