Icma.az
close
up
RU
DVX nin idarə rəisi: Vergi Məcəlləsində dəyişikliklər “dəyişiklik xatirinə” edilmir

DVX nin idarə rəisi: Vergi Məcəlləsində dəyişikliklər “dəyişiklik xatirinə” edilmir

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vergi siyasəti, inzibatçılığı və vergi dərəcələri ilə bağlı dəyişikliklərə ehtiyac yarandıqda, Vergi Məcəlləsinə müvafiq dəyişikliklər üzrə layihə hazırlanır.

Bunu “APA-Economics”ə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov deyib. O bildirib ki, bu dəyişikliklər heç vaxt “dəyişiklik xatirinə” edilmir, onların hər biri iqtisadiyyatın ehtiyaclarından, vergi inzibatçılığının təkmilləşdirilməsi zərurətindən və sahibkarlıq mühitinin yaxşılaşdırılması məqsədindən qaynaqlanır.

Nicat İmanov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən bir sistemdir. Qlobal və regional iqtisadiyyatda baş verən transformasiyalar, eləcə də dövlətin müəyyən etdiyi iqtisadi siyasət və prioritetlər, ölkə iqtisadiyyatının özündə baş verən struktur dəyişiklikləri vergi siyasətinə birbaşa təsir göstərir.

Bundan başqa, dəyişikliyi zəruri edən əsas amillər ölkə başçısının sahibkarlığın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar, sahibkarlarla keçirilən görüşlərdə verilən və dövlət qurumları tərəfindən məqbul hesab edilən təkliflər, habelə vergi nəzarəti zamanı aşkar edilən vergidən yayınma halları ilə bağlı məqamlardır.

““Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” vergi siyasətinin əsas istiqamətlərini müəyyən edir. Strategiyada investisiyalar üçün daha əlverişli vergi mühitinin yaradılması, “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizənin gücləndirilməsi, vergi inzibatçılığının rəqəmsallaşdırılması və iqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması kimi prioritetlər xüsusi vurğulanır. Bununla yanaşı, investisiya və kapital qoyuluşlarının artırılması məqsədilə vergi təşviqi alətlərindən daha səmərəli istifadə olunması da strateji hədəflər sırasında yer alır.

Beləliklə, ümumilikdə qiymətləndirdikdə, qanunvericilikdə edilən dəyişikliklər vergi inzibatçılığında sərtləşmə və ya vergi yükünün artması ilə nəticələnmədiyindən, bu dəyişikliklərin biznes mühitinə əlavə çətinlik yaratması gözlənilmir. Biznes subyektləri orta müddətli dövr üçün vergi siyasətindəki istiqamətləri məhz sosial-iqtisadi inkişaf strategiyasında müəyyən edilmiş prioritetlərə əsaslanaraq əvvəlcədən dəyərləndirə bilirlər. Strategiyada vergi yükünün azaldılması və daha əlverişli mühitin formalaşdırılması kimi hədəflər müəyyən olunduğu üçün, bu yanaşma biznes üçün maliyyə və investisiya əməliyyatlarının planlaşdırılmasında daha çox əminlik və imkan yaradır”, - deyə Nicat İmanov qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Noyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri